Məhkəmə qərarları › İş №3(001)-2903/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2903/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2903/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müraciət və ona əlavə edilmiş iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X1 Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan vermiş olduğu şikayət hazırda məhkəmənin digər hakimi Abbas Rzayev tərəfindən icraata qəbul edilmiş və həmin şikayətə xx.xx.2023-cü il tarixdə saat 15:00-da hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaqdır. Beləliklə, qeyd olunanlara əsasən X1 Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan vermiş olduğu şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan vermiş olduğu şikayətinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar