Məhkəmə qərarları › İş №3(001)-2903/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2903/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2903/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin (DƏMX) 25 fevral 2025-ci il tarixli, 3-17-5/1-B-7164/2025 nömrəli qərarından şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X2 DƏMX-in 25 fevral 2025-ci il tarixli, 3-17-5/1-B-7164/2025 nömrəli qərarından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, sənədlərə müəyyən edilir ki, F.Baxışov DƏMX-in 04 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir. F.Baxışov həmin qərardan inzibati orqanın özünə şikayət versə də, inzibati orqanın 25 fevral 2025-ci il tarixli qərarına əsasən, şikayəti təmin edilməmişdir. Beləliklə, görünür ki, F.Baxışovun İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati orqanın qərarı 04 fevral 2025-ci il tarixli, MN ******* nömrəlidir və F.Baxışov hazırda həmin cərimənin əsassız olaraq tətbiq edildiyini hesab edir. Belə olan halda, o, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” 25 fevral 2025-ci il tarixli qərardan deyil, məhz “inzibati tənbeh vermə haqqında” 04 fevral 2025-ci il tarixli qərardan məhkəməyə şikayət verməlidir. Çünki, 25 fevral 2025-ci il tarixli qərardan verilmiş şikayət məhkəmə tərəfindən təmin edilsə belə, bu, həmin qərarın ləğvi ilə nəticələnəcəkdir, 04 fevral 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərar isə qüvvədə qalacaqdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati xəta haqqında iş üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 25 fevral 2025-ci il tarixli, 3-17-5/1-B-7164/2025 nömrəli qərarından şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar