Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2904/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S 2704, 112A ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 28 iyul 2008-ci il təvəllüdlü X2 və 27 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 89/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqla Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədi üzrə yığılan aliment borcunun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq, Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 89/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödənilməmiş 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat aliment borcunun olmasını nəzərə alaraq borclu Şəxs inzibati həbs olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini xahiş etmişdir. Bu səbəbdən də, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o hazırda “Fotofocus” adlanan fotostuioda foqtoqrafiya çap edən vəzifəsində işləyir və rəsmi olaraq hər ay 300 manat əmək haqqı alır. Rəsmi əmək haqqından əlavə hər ay təxminən 300-400 manat məbləğində əlavə gəliri olur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqi üzrə olan borcundan hazırki vaxta qədər cəmi 250 manat məbləğində ödəniş etmişdir. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği ilə razılaşmadığından həmin qətnamədən apellyasiya şikayəti vermişdir, hazırda onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs özü də hazırda işləyir və əmək haqqı alır, aldığı əmək haqqı ilə uşaqlara baxa bilər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqi üzrə yaranmış aliment borcundan hazırda heç bir məbləğdə ödəniş edə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat aliment borcu vardır. O hazırda uşaq bağasında müəllimə işləyir və 300 manat məbləğində əmək haqqı alır, həmin məbləğlə həm özünə, həm də iki uşağa baxmaqda xeyli çətinlik çəkir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun tələblərindən sonra ona yaranmış aliment borcundan cəmi 250 manat ödəniş edilmişdir, 2838 manat ödənilməmiş aliment borcu var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödənilməmiş qalan 2838 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Aliment borcunu ödəmıdiyi halda onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(010)-89/2022 nömrəli icra sənədindən görünür ki, 28 iyul 2008-ci il təvəllüdlü X2 və 27 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Suraxanı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs 09 avqust 2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. Şəxs barəsində olan e170662/2022-14-30 saylı icra işindən görünür ki, Şəxs foqtoqrafiya çap edən vəzifəsində işləyir və rəsmi olaraq hər ay 300 manat əmək haqqı alır. Tələbkar Zərərçəkmiş şəxs Binəqədi Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022ci il tarixli ərizədən görünür ki, borclu Şəxs ödənilməmiş 2838 manat aliment borcu vardır, bu səbəbdən borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati həbs olunmasını xahiş etmişdir. Binəqədi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs 13 iyul 2022-ci il tarixli, 2(010)-89/2022 saylı icra vərəqəsi üzrə yığılan aliment borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, borclu Şəxs adına borcunun əmlakına yönəldilə biləcək hər hansı bir daşınar-daşınmaz əmlak yoxdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat borc ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Nəzirov X4 Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq “Fotofocus” adlanan fotostudioda foqtoqrafiya çap edən vəzifəsində işləməsini, rəsmi olaraq hər ay 300 manat əmək haqqı almasını, eyni zamanda hər ay təxminən 300-400 manat məbləğində əlavə gəlirinin olduğunu bildirmişdir. Buna baxmayaraq, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)- 89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hazırki vaxta qədər cəmi 250 manat məbləğində aliment ödənişi etmiş, hazırki vaxta qədər yaranmış aliment məbləğindən ödəniş etməməyinin səbəbi kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti verdiyini, onun apellyasiya şikayətinə hazırda mahiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxıldığını, eyni zamanda zərərçəkmiş şəxs Aynurə Nəzərovanın da işlədiyini, müəyyən məbləğdə əmək haqqı aldığını, onun özünün də uşaqlara baxa biləcəyini bildirmişdir. Göründüyü kimi, Nəzirov X4 Rayon Məhkəməsinin 2(010)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini zrsüz səbəbdən icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2904/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2904/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver