Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2906/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.1 və 452.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2024-cü il tarixdə saat 15:20-də keçirilmiş planlı yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması və aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Ona görə də hüquqi şəxs Şəxs barəsində İXM-in 452.1 və 452.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, 01 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında planlı yoxlama keçirilmişdir. Yoxlama zamanı reseptlə satılmalı olan dərmanların reseptsiz satılması, həmçinin dərmanların əczaçı ixtisasına malik olmayan şəxs tərəfindən satılması, yəni aptek təşikatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Bununla bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yoxlamada aptek təşkilatının nümayəndəsi Cavid Ağayev iştirak etmiş, yoxlama aktını öz imzası ilə təsdiqləmişdir. Cavid Ağayevin təqdim etdiyi diplom əczaçılıqla bağlı olmamışdır. Ona görə həmin maddə ilə bağlı da inzibati xəta tərkibi yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən Şəxsnın inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama vaxtı hansı dərman vasitəsinin reseptsiz satılması ilə bağlı aktda heç bir qeyd olunmamışdır. Məhkəmə iclasında Şəxsnın nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokola inzibati xəta tərkibi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Yoxlama aktında qeyd edilmişdir ki, aptek təşkilatlarına dair tələblər pozulmuşdur. Həmin tələblərə əsasən orta və ya ali təhsilli, ixtisasca əczaçı olan şəxs dərman vasitələrinin satışını həyata keçirə bilər. Yoxlama vaxtı aptekdə əczaçı ixtisasına malik Cavid Ağayev olmuşdur. Cavid Ağayev əczaçılıq diplomunu 2019-cu ilin dekabr ayında almışdır. Yoxlama vaxtı Nigar Qəhrəmanova aptekdə olmamışdır. Nigar Qəhrəmanova ümumiyyətlə aptekdə dərman vasitələrinin satışı ilə məşğul olmamış, qeyriəczaçılıq mallarının satışı ilə məşğul olmuşdur. Nigar Qəhrəmanovanın dərman satışı ilə məşğul olması ilə bağlı heç bir sübut yoxdur. Cavid Ağayevin əczaçılıq ixtisasına dair diplomu var və iş materialına daxil edilmişdir. Yoxlama vaxtı Cavid Ağayev tərəfindən reseptlə satılmalı olan dərman vasitəsi deyil, qida əlavəsi satılmışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, o, 3 ildir ki, Şəxs MMC-yə məxsus aptekdə əczaçı işləyir. Onun işlədiyi aptek Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 20A ünvanında yerləşir. Həmin aptekdə ondan başqa Nigar Qəhrəmanova adlı satıcı işləyir. O, aptekdə həftənin 6 günü işləmişdir. 01 may 2024-cü il tarixdə onun işlədiyi aptekdə yoxlama keçirilmiş, yoxlama zamanı onun diplomuna irad bildirilmiş, həmçinin reseptsiz dərman satdığına görə akt tərtib edilmişdir. Lakin o, reseptlə buraxılmalı olan dərmanı reseptsiz satmamışdır. O, həmin vaxt qida əlavəsi satmışdır. Yoxlama keçirilən gün Nigar Qəhrəmanova işdə olmamışdır. Həmin gün Nigar Qəhrəmanovanın istirahət günü olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, o, təxminən 1 il 6 aydır ki, aptek Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 20A ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə satıcı kimi işə başlamışdır. O,aptekdə uşaq qidalarının, bezlərin və parfümeriya məhsullarının satışı ilə məşğul olmuşdur. Onun aptekdə iş vaxt saat 09:00-dan 15:00-a kimi olmuşdur. Ondan başqa həmin aptekdə əczaçı Cavid Ağayev işləmiş və dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. O, özü aptekdə dərman vasitələrinin satışı ilə məşğul olmamışdır. 01 may 2024-cü il tarixdə onun istirahət günü olduğu üçün işə getməmişdir. 02 may 2024-cü il tarixdə işə gəldikdən sonra bilmişdir ki, bir gün əvvəl Səhiyyə Nazirliyinin əməkdaşları aptekə gəlib, yoxlama aparmış və protokol tərtib etmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında planlı yoxlama keçirilmiş, yoxlama zamanı dərman vasitələrinin buraxılışında əczaçılıq ixtisasına malik şəxsin olmadığı aşkar edilmiş, həkim resepti əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması müəyyən edilmişdir. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomdan görünür ki, X3 əczaçılıq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdən Şəxs MMC tərəfindən aptekçi-nəzarətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdən Şəxs MMC tərəfindən aptekçi-satıcı vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2024-cü il tarixdə saat 15:20-də keçirilmiş planlı yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması və aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2024-cü il tarixdə saat 15:20-də keçirilmiş planlı yoxlama zamanı həmin aptekdə əczaçılıq ixtisasına malik olan, Şəxs MMC-də aptekçi-nəzarətçi vəzifəsi üzrə işləyən X4 olmuş, həmin vaxt aptekdə Şəxs MMC-də aptekçi-satıcı vəzifəsi üzrə işləyən X2 olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi tərəfindən Şəxs MMC-də aptekçi-satıcı vəzifəsində X1 dərman vasitələrini satması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi reseptlə satılmalı olan hansı dərman vasitəsinin kimə satılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsnın əməlində İXM-in 452.1 və 452.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2906/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2906/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver