Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2907/2020 03.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ilə xx.xx.1990-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 4 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 517-2.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Bu əməli ilə o, İXM-nin 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə iləəlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Bu fakt Şəxs öz izahatı ilə təsdiq edilir. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 517-2.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılmasıüçün Bakışəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki,xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Etdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Binəqədi rayon prokurorluğu inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan izahatından da görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmişşəxsi, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati xəta törətdiyi, onun təqsirini etiraf etməsi, səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini vəəmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 517-2.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 517-2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 50 (əlli) manat inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2907/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2907/2020
03.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver