Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2910/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin onların yaşadığı əraziyə baxan əməkdaşı heç bir xəbərdarlıq etmədən yaşadığı fərdi yaşayış evinin həyətinin qapısını açaraq həyətə daxil olmuş və həyətdə olan it ona hücum edib, şalvarından tutmuş, ona isə xəsarət yetirilməmişdir. Həmin əməkdaşın həyətə daxil olması zərurəti olmamışdır. Belə ki, sayğac həyətdən bayırda yerləşir. Ona məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyr-qanuni və əsassızdır, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Həmin şəxs həyətə daxil olması zəruri olmadan, xəbərdarlıq etmədən həyətə daxil olmuşdur. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinin tərkibi yaranmamışdır. Protokol onun iştirakı ilə tərtib edilməmiş, hansı tarixdə tərtib edilməsindən xəbəri olmamışdır. Ona protokol və qərar təqdim edilməmiş, bu barədə məlumatı icra şöbəsindən almışdır. Ona görə də, qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edib əlavə olaraq bildirmişdir ki, polis tərəfindən ona barəsində icraat aparılacağı barədə məlumat verilməmişdir. Hesab edir ki, barəsində aparılan inzibati xəta haqqında icraat üzrə onun heç bir təqsiri olmadığından saxta icraat aparılmış və bu səbəbdən ona məlumat verilməmişdir. Barəsində protokol və qərarın qəbul edilməsindən sonradan xəbəri olmuşdur. Halbuki barəsində icraat aparılması ilə bağlı polis əməkdaşı ona məlumat verməli, bu braədə sübutu varsa təqdim etməli, sonda protokolla tanış etməli idi. Bu hərəkətlərin isə heç biri yerinə yetirilməmişdir. Sonradan icra şöbəsində olan zaman cərimələnməsi barədə həmin qərardan məlumatı olmuşdur. Bu isə onu göstərir ki, onun hüquqları pozulur və özünü müdafiəsi üçün şərait yaradılmayaraq həm əsassız, həm də haqsız yerə cərimələnmiş olur. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 üzərinə hücum etmiş bir baş itin sahibinin müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-ci maddəsinin (yəni ev heyvanlarının saxlanılması qaydalarının pozulması) tələblərinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin işçisi olan X4 vətəndaş X3 məxsus itin hücum etməsi nəticəsində maddi ziyan dəymişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv, eləcə də qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən aparılmış araşdırma zamanı X3 məxsus itin "xxxx" ASC-nin işçisi olan X6 hücum etməsi nəticəsində sonuncunun əlindəki planşetin yerə düşərək zədələnməsi nəticəsində ona maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 izahatında əlindəki planşetin "xxxx" ASC-nə məxsus olunduğunu və ona təhkim edildiyini bildirmişdir. Bölmə tərəfindən isə həmin xüsusat üzrə heç bir hal müəyyən edilməyərək X8 iş üzrə zərərçəkmiş şəxs qismində qəbul edilmişdir. Bundan başqa, icraatın başlanmasına səbəb "xxxx" ASC-nin işçisi olan X4 əlindəki planşetin zədələnməsi nəticəsində vurulmuş maddi ziyanla bağlı olsa da, aparılmış araşdırma zamanı qeyd olunan maddi ziyanın məbləği qanuna müvafiq qaydada müəyyələşdirilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, X5 şikayətində və məhkəmədə verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini, polis əməkdaşı tərəfindən ona barəsində icraat aparılacağı barədə heç bir məlumat verilmədiyini, bölməyə dəvət olunmadan barəsində inzibati xəta haqqında protokol və onun əsasında tənbeh vermə haqqında qərar qəbul edildiyini, eləcə də bu barədə sonradan məlumatının olmasını bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı şikayətdə göstərilənlər X5 barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X5 barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2910/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2910/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver