Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2910/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, 14 may 2010-cu ildə anadan olmuş X6, 19 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 fevral 2014-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 17 aprel 2023-cü ildən başlayaraq ayda hər bir uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X10 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi almasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Hazırda borclu Şəxs 1116 manat aliment borcu yaranmışdır. Onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 216/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, 14 may 2010-cu ildə anadan olmuş X6, 19 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 fevral 2014-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan 17 aprel 2023-cü ildən başlayaraq ayda hər bir uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, sözügedən məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmır. Belə ki, may ayından başlayaraq alimentin ödənilməsində heç bir problem yaratmır. Əmək haqqqından hər ay tutulma aparılmasından əlavə o maddi vəziyyəti imkann verdikcə 500 və yaxud 100 manat məbləğində ödənişlər edir. Bu səbəbdən, göstərilən halların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, 14 may 2010-cu ildə anadan olmuş X6, 19 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 fevral 2014-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 17 aprel 2023-cü ildən başlayaraq ayda hər bir uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin borclu alimentin ödənilməsindən yayınaraq alimenti gecikdirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)- 216/2023 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs üzərinə 14 may 2010-cu ildə anadan olmuş X6, 19 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 fevral 2014-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 17 aprel 2023-cü ildən başlayaraq ayda hər bir uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulması və iddiaçı X2 ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. e-105174/2023-14-43 nömrəli bildirişdən görünür ki, borclu Şəxs üzərinə qoyulmuş tələbi könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, Nxx/xx-181792-19 nömrəli məktubdan görünür ki, Şəxs aylıq əmək haqqısı olan 376 (üç yüz yetmiş altı) manatdan hər ay 70%, yəni 240 (iki yüz qırx) manat məbləğində pul X2 ödəniləcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-562/2023 nömrəli qərarından görünür ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə baxlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 bank hesabına elektron ödəmə sistemi vasitəsilə borclu tərəfindən 116 (yüz on altı) manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 bank hesabına elektron ödəmə sistemi vasitəsilə borclu tərəfindən 50 (əlli) manat məbləğində pul ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-366/2023 nömrəli qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-562/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)-216/2023 nömrəli icra sənədini icra etməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 bank hesabına elektron ödəmə sistemi vasitəsilə borclu tərəfindən 100 (yüz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 14 may 2010-cu ildə anadan olmuş X6, 19 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 fevral 2014-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 17 aprel 2023-cü ildən başlayaraq ayda hər bir uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulması və iddiaçı X2 ödənilməsi qərar alınmışdır. Borclu Şəxs işlədiyindən və rəsmi olaraq əmək haqqı aldığından alimentin ödənilməsini təmin etmək məqsədi ilə tələb onun əmək haqqına yönəldilmişdir və hər ay davamlı olaraq mək haqqında tutulma aparılır. Lakin, borclunun əmək haqqı uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin tam olaraq ödənilməsi üçün kifayət etmədiyindən aliment üzrə ödənilməmiş borc yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alimentin ödənilməsindən imtina etmədiyini, əmək haqqından hər ay tutulmanın aparılmasına baxmayaraq maddi vəziyyəti imkan verdikcə əlavə olaraq da 50-100 manat məbləğində ödənişlər etdiyini bildirsə də, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş ödəniş qəbzləri tədqiq edilərkən müəyyən olunmuşdur ki, borclunun barəsində 06 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl ödəniş etmiş, daha sonra qəbul edilmiş olan inzibati xəta haqqında iş üzrə qərardan verilmiş olan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldığı gün 27 fevral 2023-cü il tarixdə ödəniş etmiş, 2023-cü ilin aprel ayında 100 manat məbləğində ödəniş etmiş, sonra isə barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün yəni 21 iyul 2023-cü il tarixdə ödəniş etmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilən zaman aliment borcundan ödənişlər etmişdir ki, bu hal da şəxsin inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə ödəniş etdiyini və məhkəmə qətnaməsini icra edilməsindən qərəzli olaraq yayındığını təsdiq edir. Odur ki, məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2910/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2910/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver