Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2913/2022 21.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxslər X5 və X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X9 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində fərdi tikilmiş evdə yaşayan X6 məxsus “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobilindən akumlyatoru oğurlamışdır. Nəticədə V.Cənnətova 80 manat maddi ziyan dəyişmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3ndə yaşayan X2 məxsus “FORD” markalı, ** NG *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan şəxsiyyət vəsiqəsini, texniki pasport, sürücülük vəsiqəsi və etibarnaməni oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X10 məxsus “KİA CERATO” minik markalı, ** EU *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan “Samsung A3” markalı telefonu oğurlamışdır. Nəticədə ona 200 manat maddi ziyan dəyişmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X10 məxsus “KİA CERATO” minik markalı, ** EU *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan “Samsung A3” markalı telefonu oğurlamış, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X2 məxsus “FORD” markalı, ** NG *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan şəxsiyyət vəsiqəsini, texniki pasport, sürücülük vəsiqəsi və etibarnaməni oğurlamış, xx.xx.2022-ci il tarixdə X6 məxsus “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobilindən akumlyatoru oğurlamışdır. Maddi imkanı olmadığından ziyanları ödəyə bilməmiş, zərər çəkmiş şəxslərlə barışıq əldə edə bilməmiş, yalnız Ə.Ramazanovla barışıq əldə etmişdir. Məhkəmədən səmimi peşmançılığını nəzərə almaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində fərdi tikilmiş evdə yaşayır. xx.xx.2022ci il tarixdə yaşadığı evin qarşısında saxladığı və ona məxsus “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobilindən akumlyator oğurlanmışdır. Nəticədə ona 80 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmiş və Şəxs qarşı şikayətçi olmaqla, onunla barışmamışdır. Buna görə də sonuncu barəsində həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, o, ünvan 3ndə fərdi evdə yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında saxladığı və ona məxsus “FORD” markalı, ** NG *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan şəxsiyyət vəsiqəsi, texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə oğurlanmışdır. O, Şəxs qarşı şikayətçi deyildir, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən də sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs Şəxs səmimi peşmançılığını nəzərə almaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X7 ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X5 ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində, fərdi tikilmiş evdə yaşayan X6 məxsus “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobilindən akumlyatoru oğurlamasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə ünvan 3ndə yaşayan X2 məxsus “FORD” markalı, ** NG *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan şəxsiyyət vəsiqəsini, texniki pasport, sürücülük vəsiqəsi və etibarnaməni oğurlamasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X10 məxsus “KİA CERATO” minik markalı, ** EU *** dövlət qeydiyyat nömrəli avtomobilin içərisindən ona məxsus olan “Samsung A3” markalı telefonu oğurlamasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərər çəkmiş şəxs X11 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçi olmaqla, onunla barışmamış, sonuncunun barəsində həbslə bağlı cəza təyin olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs qarşı şikayətçi deyil, barışıq əldə olunmuş və sonuncunun barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs X12 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçi olmaqla, onunla barışmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərər çəkmiş şəxslərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs təqsiri öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, Şəxs bütün zərər şəkmiş şəxslərə maddi ziyanı ödəməmişdir, hamısı ilə barışıq əldə olunmamışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 6 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsinə vəsaiti hesabına işin materialları ilə tanış olduğu və məhkəmə iclasında iştirak etdiyi 6 saata görə 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 (otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2913/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2913/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver