Məhkəmə qərarları › İş №3(001)-2916/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2916/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2916/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmuş, Cəlilabad rayonu, Alar ərazi dairəsi, Alar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nəsimi rayonu Ruhulla Axundov küçəsi ev 36-da yaşayan X5 14 iyun 2023-cü il tarixdə saat 12:06 da DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək 85 saylı sərnişin avtobusundan düşən zaman içərisində sənədləri və 67 manat nağd pulu olan pul qabının üzərində olmadığını aşkar etməsi, sonradan dispetçer tərəfindən onun pul qabı tapılaraq ona qaytarılan zaman 40 manat pulunun oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. Bundan başqa X5 14 iyun 2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə 85 saylı sərnişin avtobusunda özünə məxsus pul qabını itrmiş, sonradan ona məxsus pul qab tapılaraq xəttin dispetçeri tərəfindən ona qaytarılan zaman 40 manat pulunun olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Odur ki, bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət üzrə araşdırma aparılması 14 iyun 2023-cü il tarixdə ona həvalə edildiyindən material həmin tarixdə «Cinayət Tərkibli Ərizə və Məlumatların Qeydiyyatı» kitabında 819 sayı ilə qeydiyyata alınmaqla icraatına qəbul edilərək tərəfindən təhqiqat aparılmışdır. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, vətəndaş X6 14 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində 85 saylı sərnişin avtobusuna əyləşib Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən iş yerinə yola düşmüş, həmin gün saat 10:40-da iş yerində olan zaman özünə məxsus içərisində 67 manat nağd pul, 2 ədəd bank kartları və şəxsiyyət vəsiqəsi olan 1 ədəd pul qabının üzərində olmadığını, yəni itirdiyini görüb saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yerləşən 85 saylı avtobusun son dayanacağında olan zaman həmin yerdə həmin xəttin dispetçeri tərəfindən ona təqdim edilmiş pul qabının içərisində sənədinin və bank kartlarının olduğunu görüb aşkar etsə də, 50 manat pulunun yerındə olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış və materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla razı olduğunu bildirmişdir. O bildirmişdir ki, 2019-2021-ci illərdə AR Cinayət Məcəlləsinin 177.2 və 234.1-ci maddələri ilə məhkumluğu olmuşdur. 30 may 2023-cü il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanında saxlanılmış “Nissan Note” markalı avtomaşına yaxınlaşaraq qapısının açıq olduğunu görmüş və maşının qapısını açaraq oturacağın üzərində olan pul kisəsini götürüb hadisə yerindən dərhal kənarlaşmışdır. Pul kisəsinə baxış keçirən zaman içərisində 80 manat məbləğində pul, sürücülük vəsiqəsi, 2 ədəd bank kartı olduğunu aşkar etmişdir. Bank kartlarının kodunu bilmədiyi üçün sürücülük vəsiqəsi ilə birlikdə pul kisəsinin içərisinə qoyaraq yol kənarında olan zibil tullantılarının içərisinə atmışdır. Gizli yolla ələ keçirdiyi 80 manat pulu isə ehtiyacı olduğu üçün xərcləmişdir. Əməlindən səmimi olaraq peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 iyul 2023-cü il tarixli qərardaddan görünür ki, X2 şikayəti əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən hadisəni törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. 01 iyul 2023-cü il tarixli qərardaddan görünür ki, X4 şikayəti əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən hadisəni törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. 05 iyul 2023-cü il tarixli qərardaddan görünür ki, X7 şikayəti əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən hadisəni törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X8 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PBnin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X10 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PBnin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PBnin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2023-cü il tarixli, AZA 001259 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üzərində olan əşyaları yoxlama zamanı üzərində heç bir əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, AZ 015280 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin gün saat 17:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini, zərərçəkmiş şəxslərəə dəymiş ziyanı ödəməməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar