Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2916/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, “Avrasiya” klinikasının yaxınlığında olan zaman şübhəli kimi saxlanılmış və bölməyə dəvət edilmişdir. Bölmədə həmin şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. 03 may 2024-cü il tarixli qərar ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206-cı maddəsində əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti bölmənin aidiyyəti əməkdaşı kimi ona göndərilmişdir. Bundan sonra Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, o, 02 may 2024-cü il tarixdən əsasız olaraq bölmədə saxlanmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün, saat 19:25-də inzibati qaydada tutulmuşdur. 03 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs psixotrop maddə istifadəçisi olması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İXMin 206-cı maddəsində əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti 4-cü PŞ-nin aidiyyəti əməkdaşına təhvil verilmişdir. 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur, tutma müddətinin əvvəli saat 22:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,051 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət təqibi üzrə kifayət qədər əsaslar olmadığından vətəndaş müvəqqəti saxlama yerindən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli, 2973 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs inzibati qaydada tutulmuş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilən sənədlər araşdırılarkən müəyyən olundu ki, Şəxs 01 may 2024-cü il tarixdə saat 22:00-da saxlanılmış, 02 may saat 03.10-da şübhəli şəxs qismində şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Göründüyü kimi, Şəxs saat 22:00-da saxlanılmasına baxmayaraq üzərinə təxminən 4 saatdan artıq müddət keçdikdən sonra şəxsi axtarış və baxış keçirilmişdir ki, göstərilən hal şəxsin uzun müddət hüquq mühafizə orqanlarının sərəncamında olması üzərindən narkotik vasitə aşkar edilməsini şübhə altına alır. Bundan əlavə Şəxs 02 may 2024-cü il tarixdə azad edilsə də, barəsində protokol tərtib edilənədək yəni 07 may 2024-cü il tarixədək Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində saxlanılmışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2916/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2916/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver