Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2917/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X2 bildirmişdir ki, 6 (altı) icra sənədi üzrə üzrə tələb Şəxs tərəfindən təmin edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1292/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5201/2022 saylı, xx.xx.2022ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5003/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədləri üzrə icraata başlanmış və tərəfə könüllü icra bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədləri üzrə borcunu tam şəkildə icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar şirkətlərlə maraqlanmış Şəxs müəyyən məbləğlərdə hissə-hissə ödəniş etməsini tələbkar şirkətlər təsdiqləmişdir. Borclu da ödənişlər etməsini təsdiq edən qəbzlərin ona göstərmiş, lakin həmin qəbzlərin surətlərini iş materiallarına əlavə etməmişdir, hazırda həmin hər bir icra sənədi və ümumilikdə nə qədər borcun qaldığını dəqiləşdirməmişdir. Şəxsin ödənişlər etməsini tələbkar şirkətlərin əməkdaşları da təsdiq etmi., yalnız "xxxx" QSC-yə olan borcdan ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qətnamələrini icra etməkdən yayınmır, qətnamələrin icra edilməsinin zəruriliyini dərk edir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə çalışmır, taksi kimi fəliyyət göstərir. Lakin buna baxmayaraq hissə-hissə hər ay mütəmadi olaraq bütün icra sənədləri üzrə hissə-hissə ödənişlər edir. Bircə "xxxx" QSC-yə olan borcundan ödəniş edə bilmir. Bunun da səbəbi aylıq əldə etdiyi qazancın həmin ödənişi də etməyə kifayət etməməsidir. Aylıq taksi fəaliyıtindən 1000 manat yaxın gəliri olu ki, onun da 700 manatdan çoxunu həmin icra sənədləri üzrə borclarını ödəyir. Ödənişi təsdiq edən sənədlər jhazırda yanında deyil, lakin lazım olarsa bunları təsdiq edən çıxarışları təqdim edə bilər. Göstərilənlərə əsasən məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq etdiyi ödənişləri atasının göstərdiyi maddi kömək və taksi fəaliyyəti ilə məşğul olaraq qazandığını, həmçinin himayəsində xx.xx.2022-ci il təvəllüdlü Emin adlı və xx.xx.2019-cu il təvəllüdlü Emilya adlı 2 az yaşlı övladının olduğunu bildirmişdir. Bununla yanaşı ailəsinin və özünün zəruri xərclərindən başqa bütün gəlirini icra sənədləri üzrə tələblərin icra edilməsi üçün sərf etdiyini və gələn həftədən rəsmi işə düzələcəyini və tələbin əmək haqqına yönəldilməsini xahiş edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 2422,60 AZN borc, xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 618,50 AZN və 50,41 AZN dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 23 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 1731,38 AZN məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 4296 AZN pul vəsaiti tutularaq X3 ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 398 AZN pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5003/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 9056,2 AZN məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-982/2023 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2465 AZN məbləğində vəsait və 45,05 AZN ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Sığorta şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız olaraq inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1292/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5201/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5003/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, rəsmi işi olmasa belə taksi fəaliyyəti ilə məşğul olaraq hər icra sənədi üzrə hissə-hissə ödəniş etdiyini bildirmişdir. Şəxs icra sənədləri üzrə tələblərə mütəmadi ödəniş etməsi icra məmurunun izahatı ilə də öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, onun tərəfindən ödənilmiş vəsaitlərin ümumi məbləği, habelə qalıq borc məbləği müəyyən edilmədən və Şəxs borcunu üzrüsüz səbəbdən ödəməməsini təsdiq edən sübutlar əldə edilmədən inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1292/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5201/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5003/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə hissə-hissə ödənişlər etməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələbin icrasında maraqlı olduğuna dəlalət edir və onun məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2917/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2917/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver