Məhkəmə qərarları › İş №3(001)-2918/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2918/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2918/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, M.Aslanov küçəsi, döngə 1, ev 61 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 dekabr 2019-cu il tarixdən başlayaraq 01 yanvar 2020-ci ilə qədər sabit pul məbləğində 160 (yüz altmış) manat, 01 yanvar 2020-ci il tarixdən başlayaraq 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməlidir. xx.xx.2020ci il tarixdə icraata başlanmış və könüllü icra barədə Şəxs bildiriş göndərilmişdir. Şəxs borcu icra sənədini könülül icra etməmişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsinin Şəxs məxsus ½ hissəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlak sahəsinə yönəldilməsi barədə məhkəmə qərardadının qəbul edilməsi ilə əlaqədar təqdimat verilmişdir. Lakin bundan həmin əmlaka dair mülki və inzibati məhkəmə mübahisələri mövcud olduğundan tələbin əmlaka yönəldilməsi mümkün olmamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin X2 7470 (yeddi min dörd yüz yetmiş) AZN məbləğində borcu mövcuddur. Şəxs hər hansı bir ödəniş etməmiş və çağırışlara gəlməmişdir. Barəsində bir dəfə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsinin yuxarı həddində inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs uzun müddətdir aliment ödənişini icra etmir. Övladını özü təkbaşına böyütmüş, Şəxs uşağın saxlanılmasında hər hansı bir şəkildə iştirak etməmişdir. Hal-hazırda borcunun tam şəkildə ödənilməsini tələb edir və borclunun hazırda ödəmək istədiyi 1000 manat vəsaiti almaqdan imtina edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o aliment borcunun yığılmasından xəbərsiz olmuşdur. Övladının saxlanması üçün aliment ödəməli olduğu öhdəliyinin zəruri olmasının fərqindədir. Mütəmadi ödəniş edə bilməməsinin səbəbini isə pandemiya dövründə və postpandemiya dövründə işsiz qalması ilə əlaqələndirmişdir. Belə ki, istilik sistemləri təchizatı üzrə usta kimi çalışdığını, iş olmadıqda fəhləlik bələ etdiyini, lakin stabil qazancının olmadığını bildirmişdir. Valideyinləri aliment borcunun ödənilməsi üçün 1000 manat pul vermişdir. Həmin 1000 manatı tələbkara təqdim etmək istəsə də, tələbkar 1000 manat vəsaiti qəbul etməkdən imtina edərək yalnız onun tutulmasını arzu etmişdir. Əlavə olaraq bildirmişdir ki, aliment borcunu ödəmək üçün azadlıqda qalmalıdır. Barəsində həbs seçildiyi halda iş tapmaqda çətinlik çəkəcəkdir. Məhkəmə iclasında 1000 (min) AZN ödəniş edə biləcəyini, aylıq aliment ödənişi ilə yanaşı yığılmış borcdan hər ay mütəmadi olaraq 500 (beş yüz) AZN məbləğində ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2013-cü il tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 dekabr 2019-cu il tarixdən başlayaraq 01 yanvar 2020-ci ilə qədər sabit pul məbləğində 160 (yüz altmış) manat, 01 yanvar 2020-ci il tarixdən başlayaraq 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməlidir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020-006 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrası təklif edilmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs bildirişin surətini imzalayaraq təhvil almışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-514/2020 saylı qərardadından görünür ki, Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədi üzrə borc məbləğinin icrası başa çatdırılana kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi qəbzdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-391/2020 saylı icra sənədi üzrə borcundan 1000 (min) manat ödəniş etmişdir. xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 391/2020 saylı icra sənədi üzrə 7470 (yeddi min dörd yüz yetmiş) AZN məbləğində yığılmış borcu mövcuddur. Bu fakt həm zərər çəkmiş şəxsin, həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsi, həmçinin də iş materialları ilə öz təsdiqi tapır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədi üzrə aylıq sabit məbləğdə olan aliment borcunu və yığılmış borcu ödəməməklə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı Şəxs tərəfindən məhkəmə iclas zalında tələbkara 1000 (min) AZN vəsaitin ödənmək istəməsini, lakin tələbkar tərəfindən həmin vəsaitin qəbul edilmədiyinə baxmayaraq həmin vəsaitin tələbkara təqdim edilməsi üçün qəbzlə icra məmuruna təqdim edilməsini və mütəmadi olaraq aliment ödənişini və yığılmış borcdan aylıq minimum 500 (beş yüz) manat ödəniş edəcəyini bildirməsini etdiyi əməldən peşmançılıq çəkməsi və müsbət hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi məqsədə müvafiq deyildir. Belə ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri seçildiyi halda iş tapmaqda ona çətinlik törətməklə yanaşı onun müəyyən müddət yığılmış borcunu icra edə bilmək imkanından da məhrum edəcəkdir. Belə olan halda məhkəmə uşağın mənafeyini üstün tutaraq, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sabit qazancının olmamasını, buna baxmayaraq əvvəlki borcundan 1000 manat ödəməsini, bundan sonrakı dövrdə də cari aliment borcu ilə yanaşı əvvəlki borcundan da aylıq 500 manat ödəyəcəyini nəzərə alaraq Şəxs inzibati cərimə edilməsini məqsədə uyğun hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar