Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-292/2021 07.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 09:40-da Mercedes Benz 180 minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 izahat verərək bildirmişdir ki, xidmətdə olarkən Mercedes Benz 180 markalı avtomaşında olan sürücünün müxtəlif üsullarla davamlı olaraq yol hərəkət qaydalarını pozmasını müəyyən etmişlər. Həmin avtomaşını saxlatdırmışlar. Mercedes Benz 180 minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi inzibati xəta ilə bağlı DYP-nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumatlar verilərək izahat verməsi təklif olunsa da, o, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınaraq izahat verməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Avtoxuliqanlıq etmədiyini, sadəcə olaraq manevr qaydalarını pozmuşdur. O, məhkəmədən ailəli olduğunu bildirərək əməlindən peşman olduğu üçün məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəməyə bildirmişdir ki, hüquqlarını müdafiyə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığını, belə ki, video çəkilişdən göründüyü kimi Şəxs manevr qaydalarını pozaraq qəza şəraitini yaratmışdır. Qeyd olunanlara əsasən onun barəsində törətdiyi inzibati xətalara dair tənbeh tədbiriin tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş CD diskə aparılan baxışdan məlum olur ki, həqiqətən Şəxs İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, o, yol hərəkəti qaydalarını nümayəşkaranə şəkildə dəfələrlə müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşahidə edilən qərəzli hərəkətlər edib ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmisi öz təsdiqini tapdığı üçün onun İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətaların xarakterini eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2021-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞnə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-292/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-292/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver