Məhkəmə qərarları › İş №3(001)-2924/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2924/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2924/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun inzibati tənbeh vermə haqqında 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati icraat haqqında işə xitam verilməlidir. X12 əmək müqaviləsi ilə "xxxx" MMC-də gözətçi işləmiş və 09 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Onunla əmək müqaviləsinə vəfatı ilə əlaqədar ilə əlaqədar 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “e“ bəndinə əsasən xitam verilmişdir. Onun əmək haqqı və son haqq-hesabı vaxtında hesablansa da qanunla müəyyən edilmiş müddətdə ödənilməməsinin səbəbi işə götürən "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, "xxxx" MMC bir neçə müəssisə, o cümlədən "xxxx" Mənzil Tikinti Kooperativi ilə 14 yanvar 2022-ci il tarixdə bağladığı 1401/22 saylı müqavilə əsasında, podratçı "xxxx" MMC ilə bağladığı Kİ072021- 08 saylı 27 iyul 2021-ci il tarixli, Kİ072021-08 saylı 30 iyul 2021 tarixli subpodrat müqavilələri əsasında və sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli 57 saylı müqavilə əsasında müqavilə şərtlərini icra etməsinə baxmayaraq qarşı tərəflərin müqavilə öhdəliklərini tam icra etməyərək ödəməli olduqları ümumilikdə 400000 manata yaxın pul vəsatini hazırki vaxtadək də ödəmədiklərindən müəssisənin maliyyə problemləri yaranmış və həmçinin müəyyən dövlət qurumları qarşısında yaranmış öhdəliklərin icra olunmamasına görə vergi orqanı tərəfindən müəssisənin bank hesabları üzərinə sərəncam qoyulmuşdur. X1 son haqqhesabının müvəqqəti olaraq gecikdirilməsinin səbəbi və müəssisənin hesabına istənilən mənbədən vəsait daxil olduğu vaxtı onun haqq-hesabının ödəniləcəyi barədə hüquq varisi X5 məlumat verilmişdir. Buna baxmayaraq onun oğlu Nicat Manafov son haqq-hesabının vaxtında ödənilməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə şikayət etmişdir. Müfəttişlik tərəfindən araşdırma aparılarkən bu barədə yazılı olaraq bildirilmiş və araşdırma zamanı müəssisəyə vəsait daxil olduğundan X9 ödənilməli olan əmək haqqı və son haqq-hesabı tam olaraq 15 may 2023-cü il tarixində kart hesabına köçürülmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə müvafiq sənədlər təqdim, olunmuşdur. Lakin şikayətin olunmasına əsas olmuş səbəbin müvafiq qərarın qəbul edilməsindən əvvəl aradan qaldırılmasına və şikayətçinin tələbinin təmin olunmasına, bunun "xxxx" MMC-nin və onun direktorunun təqsiri üzündən olmamasına baxmayaraq inzibati orqanın əsassız və qanunsuz qərarı ilə ”İSP SAPFİR AZE” MMC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, "xxxx" MMCnin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ilə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X12 ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin bank hesablarında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində sərəncamın olması səbəbilə X9 əmək haqqı vaxtında ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə sərəncam götürüldükdən sonra əmək haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 27 fevral 2023 tarixli "xxxx" MTK 06 mart 2023-cü il “Dövlət Sərhəd Xidməti" və 10 mart 2023cü il tarixli "xxxx" MMC-yə yazılan pretenziya məktublarına əsasən "xxxx" MMC hesablarına heç bir vəsait daxil olmamışdır. İSP SAPFİR AZE” MMC tərəfindən Azərbaycan Respublikası DSX-nın maliyyə Plan İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müvafiq saylı müqaviləyə istinadən onlara ödəniləcək olan 218 000 AZN (iki yüz on səkkiz min) pul vəsaiti müəssisəyə hələ də ödənilməmişdir. Aidiyyatı üzrə ödəniş ödənilmədiyindən şirkət olaraq təchizatçıların və müəssisənin işçilərinin qarşısında ödənişlərinin zamanında ödənilməməsinə görə sıxıntılı vəziyyətə düşürlər. Yaxın günlərdə ödənişin təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X8 bank hesabına 407.75 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə "xxxx" MMC-nin (VÖEN: **********) bank hesablarına inkasso sərəncamının qoyulması tarixi və inkasso sərəncamının götürüldüyü halda götürülməsi tarixi barədə məlumatların təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli sorğu ünvanlanmışdır. Həmin sorğuya xx.xx.2023-cü il tarixdə daxil olmuş cavab məktubuna əsasən mövcud uçot-baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) aktiv olan sərəncamlar yoxdur. Son sərəncam xx.xx.2023-cü il tarixdə geri çağrılmışdır. xx.xx.2023-cü il tarixdə daxil olmuş cavab məktubundan isə görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarına Sosial Sığorta Fonduna olan borcuna görə xx.xx.2023-cü il tarixdə 4725,70 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna olan borcuna görə xx.xx.2023-cü il tarixdə 224,26 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna olan borcuna görə xx.xx.2023-cü il tarixdə 624,58 manat məbləğində sərəncamlar qoyulmuşdur. mövcud uçot-baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) aktiv olan sərəncamlar yoxdur. Son sərəncam xx.xx.2023-cü il tarixdə geri çağrılmışdır. Məhkəmə, məhkəməyə təqdim edilmiş sənədləri, məhkəmənin öz təşəbbüsü ilə göndərilmiş sorğulara cavabları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X12 ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcələsinin74.1-ci maddəsinin “e” bəndi ilə xitam verilmişdir. Şikayət vermiş şəxsin nümayəndəsi məhkəmə iclaslarında əmək haqqı və son haqq-hesabı vaxtında hesablansa da qanunla müəyyən edilmiş müddətdə ödənilməməsinin səbəbi kimi müəssisənin maliyyə problemlərinin yaranması və həmçinin müəyyən dövlət qurumları qarşısında yaranmış öhdəliklərin icra olunmamasına görə vergi orqanı tərəfindən müəssisənin bank hesabları üzərinə sərəncam qoyulmasını göstərmişdir. Bu məsələnin araşdırılması üçün "xxxx" MMC-nin (VÖEN: **********) bank hesablarına inkasso sərəncamının qoyulması tarixi və inkasso sərəncamının götürüldüyü halda götürülməsi tarixi barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğulara verilən müvafiq cavablardan isə aydın olur ki, "xxxx" MMC-nin bank hesablarına xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə sərəncamlar qoyulmuşdur. Göründüyü kimi işçi ilə əmək müqaviləsinə xitam verilən zaman "xxxx" MMC-nin bank hesablarında sərəncam olmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 nümayəndəsi Nümayəndə şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar