Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2926/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1059/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 3460 (üç min dörd yüz altmış) manat və 22 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməsi göstərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Şəxs 29 oktyabr 2021-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək 9 saylı MTCM-də cəza çəkmiş, 13 iyul 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X3 50 manat məbləğində ödəniş edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan zərərçəkmiş şəxs X2 yazılı ərizəsi isə iş materiallarında mövcud deyildir. Göründüyü kimi, Allahverdi Malik oğlu 29 oktyabr 2021-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək 9 saylı MTCM-də cəza çəkmiş, 13 iyul 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməsinə, azad edildikdən 12 gün sonra icra vərəqəsi üzrə olan borcundan 50 manat məbləğində ödəniş etməsinə, eyni zamanda tələbkarın borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsinin olmamasına baxmayaraq, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2926/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2926/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver