Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2937/2023 24.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, Şəxs MMC-nin direktoru Abdiyev İslam Babaşxan oğlunun və MMC-nin etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikasının X1 etibarnamə üzrə səlahiyyətli nümayəndələri X2 və X3 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli prospekti 56 ünvanında yerləşən obyektdə **********32 nömrəli müraciət əsasında idxal edilmiş xörək duzu məhsulları tərkibində sultifikat olmadan satıldığı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Abdiyev İslam Babaşxan oğlu və etibarnamə üzrə nümayəndə X9 bildirmişdirlər ki, səlahiyyətli orqan tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati protokol tam əsassızıdır.Tərtib edilmiş protokolda göstərilmişdir ki, idxal edilmiş xörək duzu məhsulları tərkibində sulfikat olmadan satılmışdır. Lakin protokolda göstərilənlər doğru deyildir. Belə ki, Şəxs MMC İran İslam Respublikasının X17 X16 X13 Produktion Company ilə xx.xx.2021-ci il tarixli, TS/022 saylı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasına, **********4795 saylı, xx.xx.2023-cü il tarixli Gömrük Bəyannaməsi üzrə gətirmiş olduğu ümumimilkdə 25.000 kiloqram Yodlaşdırılmış xörək duzu gətirilən gündən cəmiyyətin icarəsində olan anbarda saxlanılır.Həmin məhsullar satışa buraxılmamışdır.Beləliklə, AR İXM-nin müvafiq müddəalarınının tələbi çərçəvəsində hesab edirlər ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının X1 etibarnamə üzrə səlahiyyətli nümayəndələri X5 və X8 bildirmişdirlər ki, "xxxx" MMC tərəfindən ölkəyə gətirilmiş 1000 kisə duzun tərkibində yodun miqdarı normadan artıq olmuşdur.Buna görə də, agentlik tərəfindən həmin məhsulların satışa buraxılması qadağan edilmişdir. Malların faktiki satışı ilə bağlı onlarda dəqiq məlumat yoxdur, lakin satışa yararsız olan 1000 kisə duz sonradan "xxxx" MMC-nin yerləşdiyi ünvanda aşkarlanmadığından onlar hesab edirlər ki, həmin yararsız duzlar satışa buraxılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qyimət verərək hesab edir ki, Tural- Salt” MMC-nin əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli prospekti 56 ünvanında yerləşən obyektdə **********32 nömrəli müraciət əsasında idxal edilmiş xörək duzu məhsulların sulfikat olmadan satdığı aşkar edilmişdir. İş materiallarında olan əraziyə yerində baxış zamanı tərtib edilmiş 24 avqust 2023-cü il tarixli akta əsasən məlum olur ki, aktı imza edən şəxslər, yəni "xxxx" MMC-nin direktoru Abdıyev İslam Babaşxan oğlu, AR X1 Bakı regional bölməsinin əməkdaşları X6 və X8 təsdiq edirlər ki, ünvan 2 ünvanında yerləşən anbara baxış keçirilən zaman mübahisələndirilən 1000 kisə duz məmulatı anbarda saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir (5-ci maddənin 2-ci bəndi); Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir (10-cu maddənin 5-ci bəndi); İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini və s. (18.0.3-cü maddə). “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8ci maddə); Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Yuxarıda sadalanan qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir.Belə ki, Cəmiyyət barəsində tərtib edilmiş MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda əsas kimi göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli prospekti 56 ünvanında yerləşən obyektdə **********32 nömrəli müraciət əsasında idxal edilmiş xörək duzu məhsulların sulfikat olmadan satıldığı aşkar edilmişdir. Lakin məhkəmə baxış iclasında protokol tərtib edən orqanın nümayəndəsi idxal edilmiş duzların faktiki satılması ilə bağlı məlumatının olmadığını bildirmişdir.Bundan sonra, məhkəmə tərəfindən tərəflərin istəyi əsasında hər iki tərəfin iştirakı ilə əraziyə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, satışı qadağan olunmuş duz məmulatı ilə dolu kisələr hal-hazırda Cəmiyyətə məxsus olan anbarda saxlanılır, satışa buraxılmamışdır.Bu fakt tərəflərin iştirakı ilə tərtib olunmuş akt ilə də təsdiqini tapır.Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2937/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2937/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver