Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2940/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5 PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 aprel 2025-ci il tarixdə saat 1500 radələrində Binəqədi rayonu Binəqədi şossesində “Dong Feng” markalı, 77UE216 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan zaman yüksək səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən 22 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 21 aprel 2025-ci il tarixdə saat 1500 radələrində Binəqədi rayonu Binəqədi şossesində “Dong Feng” markalı, 77UE216 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən telefondan istifadə etmiş, bu vaxtda yol polis əməkdaşı tərəfindən saxlanılmışdır. Sənədlərinin təqdim edilməsi tələb edilərkən, sənədlərini təqdim etməmişdir. Qayda pozuntusu barədə polis əməkdaşı ilə razılaşmamış, yüksək səslə mübahisə etmiş və onu saxlayan polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu barədə polis əməkdaşları tərəfindən raport tərtib edilmiş, raport əsasında da tərəfindən 22 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, taksi fəaiyyəti ilə məşğuldur. 21 aprel 2025-ci il tarixdə saat 1500 radələrində Binəqədi rayonu Binəqədi şossesində “Dong Feng” markalı, 77UE216 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən görmüşdür ki, yol polis əməkdaşı xidməti avtomobili ilə arxasınca gəlir. O, öz avtomobilini saxladığı zaman polis əməkdaşı ona yaxınlaşmış, özünü təqdim etmədən birbaşa avtomobili idarə edərkən telefonla danışdığını irad tutmuş, onun barəsində protokol tərtib edəcəyini bildirərək sənədlərini istəmişdir. O da bildirmişdir ki, telefonla danışmamışdır, əgər telefondan istifadə etmişdirsə bununla bağlı görüntü təqdim etsin. Daha sonra polis əməkdaşı onunla rəsmi danışmadığına, onu təhqir etdiyinə görə o da onu saxlayan polis əməkdaşına və onun komandirina təhqirlə cavab vermiş, sənədlərini təqdim etməmişdir. Həmçinin onlara bildirmişdir ki, o, onların tələblərinə tabe olmayacaq, ona görə də post patrul xidmətini çağırsınlar. Onun heç bir təqsiri olmayıb, ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol X4 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 ifadəsində göstərmişdir ki, Şəxs 21 aprel 2025-ci il tarixdə saat 1500 radələrində Binəqədi rayonu Binəqədi şossesində “Dong Feng” markalı, 77UE216 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən telefonla danışmış, bu vaxtda tərəfindən saxlanılmışdır. Barəsində protokol tərtib edilməsi üçün sənədləri istəmiş, Şəxs isə sənədlərini təqdim etməmiş, qayda pozuntusu ilə razılaşmamış, yüksək səslə mübahisə etmiş, ondan həmin vaxt videogörüntü istəmişdir. O da bildirmişdir ki, videogörüntüyə yalnız idarədə baxa bilər. Əgər barəsində tərtib edilən protokolla razılaşmasa protokoldan şikayət verər. Bundan sonra Şəxs mübahisəni daha da böyütmüş, həm onu həm də digər polis əməkdaşını təhqir etmiş, hədələmiş və onların qanuni tələblərinə məhəl qoymadan öz hərəkətlərinə davam etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-nin DYPŞ-nin Yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı İlkin Vəliyev və Yol Patrul Xidmətinin baş serjantı Tural Vəliyev tərəfindən tərtib olunaraq imzalanmış 21 aprel 2025-ci il tarixli Raportdan görünür ki, 21 aprel 2025-ci il tarixdə, təxminən saat 15:00 radələrində 90YP102 dövlət qeydiyyat nişanlı avtomobillə dislokasiya üzrə xidmət apardıqları ərazidə “Dong Feng” markalı, 77UE216 dövlət qeydiyyat nişanlı avtomobildəki sürücüyə mobil telefondan istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah etmiş və sənədlərinin təqdim etməsini tələb etmişdir. Sürücü isə heç bir sənəd təqdim etməyərək, onlara qarşı tabesizlik göstərib, onların ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Səs-küy salaraq ətrafdakı insanların toplaşmağına səbəb olmuşdur. Həmin yerə əməliyyat qrupu dəvət edilmiş, avtomobil yolun hərəkət hissəsində qaldığı üçün evakuator vasitəsilə mühafizə olunan duracağa, şəxsin özü isə aidiyyəti üzrə 5-ci Polis Bölməsinə təqdim olunmuşdur. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyənləşdirilmişdir. İnzibati qaydada tutma haqqında 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi onun məhkəmə iclasında verdiyi izahatı və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 21 aprel 2025-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2940/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2940/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver