Məhkəmə qərarları › İş №3(001)-2944/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2944/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2944/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Ekologiya Yol patrul xidməti inspektoru,polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidməti inspektoru,polis baş serjantı X6 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs “05 fevral 2024-cü il tarixdə saat 14 radələrində Xocasən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 3-cü kilometrində idarə etdiyi “Runna minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci yoldan baş yola çıxarkən yolların kəsişməsində yolu Qaradağ rayonu istiqamətində asta yerişlə keçən piyada X2 yol verməli olduğu halda bunu etməyib yol hərəkəti qaydasını pozaraq avtomobilin ön sağ hissəsi ilə Aygün Babayevanı vuraraq ehtiyatsızlıqdan ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək sağlamlığına yüngül zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 izahatında bildirmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq “Runna minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir.Barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs piyadaya yaxınlaşaraq onu xəstəxanaya aparmağı təklif etmişdir.Piyada qadın isə xəsarət almadığını onu iş yerinə düşürməsini xahiş etmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə zərərçəkmiş X3 tərəfindən yazılmış və natarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək sonuncunun ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Protokolu və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, Şəxs İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini, müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, təqdim olumuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq “Runna minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin, zərərçəkmiş şəxslərə izah edilməlidir ki, ona dəymiş zərərin ödənilməsi tələbinə dair məhkəmədə ümumi qaydada iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar