Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2944/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük böyük icra məmuru X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-987/2008 saylı icra vərəqəsinə əsasən X5 və Şəxs Zərərçəkmiş şəxs xeyrinə 30000 ABŞ dolları, qətnamə icra olunan gün Azərbaycan Respublikasının Milli Bankının müəyyənləşdirildiyi bank uçot dərəsi ilə müəyyənləşdirilmiş faizlər tutulmaqla manata nisbətlə alınmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanmışdır. Borclu tərəfindən icra sənədi nəzərdə tutulmuş müddət ərzində könüllü icra edilməmişdir. Borclunun müəyyən edilmiş əmlakları üzərinə həbs qoyulsa da, həmin əmlaklar axtarışa verilmiş, lakin müəyyən edilə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin avtomobillərin artıq “metalloma” verildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ölkədən getmək hüququ da məhdudlaşdırılmışdır. Şəxs eyni icra sənədinə münasibətdə xx.xx.2024-cü il tarixdə 500 manat cərimə edilmiş, lakin bir il ərzində inzibati xətanı təkrar törətmişdir. İcra sənədi üzrə Şəxs ümumiyyətlə ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, X1 olmuşdur. X5 onun rəisi idi, mayor rütbəsində idi. X5 və Zərərçəkmiş şəxs arasında olan alqı-satqıdan onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs Minarə Allahverdiyevanı şikayət edən zaman onun da adı yazılmışdır. O, sürücü olmuş, nə demişlərsə, qol çəkmişdir. Onun adına Minarə Allahverdiyevanın evi də, maşını da olmuşdur. Minarə xanım ona etibar edirdi. O, Minarə xanıma bu məsələləri bildirdikdə sonuncu həll edəcəyini bildirirdi. O, icra sənədi üzrə ümumiyyətlə ödəniş etməmişdir. Çünki ödəmək imkanı olmamışdır. Əslində həmin borcun ona aidiyyəti yoxdur. Lakin yaranmış situasiyaya görə ödəniş etmək niyyəti vardır. Artıq olan olub, ödəniş etməyə çalışacaqdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, həmin zaman evini satmışdı, əlində bir qədər pulu var idi. X5 həmin zaman əmlak və torpaq siyasətini həyata keçirən orqanlardan birində çalışırdı. Ondan bir iş görməklə bağlı pul almışdır. Daha sonra ona pul əvəzinə qaytarmaq üçün torpaq sahəsi təklif etmişdir. Müxtəlif yerlərdə torpaq sahələri göstərilmişdir. Həmin zaman Şəxs ona veriləcək torpağın öz adında olduğunu bildirsə də, əslində X4 məxsus olmasını bildirmişdir. Hazırda məhkəmə qətnaməsi qət edilmiş və onun pulunun X5 və Şəxs tutulmalı olduğu göstərilmişdir. Lakin Şəxs ona pul ödəmir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-987/2008 saylı icra vərəqəsindən görünür ki, X5 və Şəxs Zərərçəkmiş şəxs xeyrinə 30000 ABŞ dolları, qətnamə icra olunan gün Azərbaycan Respublikasının Milli Bankının müəyyənləşdirildiyi bank uçot dərəsi ilə müəyyənləşdirilmiş faizlər tutulmaqla manata nisbətlə alınmalıdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-987/2008 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-5183/2024 saylı qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 və Şəxs Zərərçəkmiş şəxs xeyrinə 30000 ABŞ dolları, qətnamə icra olunan gün Azərbaycan Respublikasının Milli Bankının müəyyənləşdirildiyi bank uçot dərəsi ilə müəyyənləşdirilmiş faizlər tutulmaqla manata nisbətlə alınmalıdır.Lakin icra sənədi üzrə icraata başlanıldığı andan borclu tərəfindən Zərərçəkmiş şəxs hər hansı bir miqdarda pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında imkanı olmadığı üçün ödəniş etmədiyini, lakin ödəniş etməyə çalışacağını bildirmişdir. Nəzərə alınmalıdır ki, təqribən 1 il müddət ərzində borclu şəxs tərəfindən borcun müqabilində ümumiyyətlə ödəniş edlməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Odur ki, Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-987/2008 saylı icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-5183/2024 saylı qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində sözügedən icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 16 sentyabr 1963-cü il də Strasburqda qəbul edilmiş 4 saylı Protokolun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-987/2008 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 30000 ABŞ dolları məbləğində borc tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs ödəməli olduğu pul vəsaiti müqavilə öhdəliyi ilə əlaqədar yaranmış borc olduğundan həmin borca görə şəxsin həbs edilməsi konvensiyanın qeyd edilən protokoluna zidddir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasına uyğun olaraq barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2944/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2944/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver