Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2945/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, X9 Yol Potrul Xidməti inspektoru Polis Baş serjantı X7 tərəfindən barəsində haqsız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinin tələblərinin pozulması səbəbindən TP ******* saylı qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində, səhər saat 9- 10 arasında yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri istiqamətində saatda 80 km sürətlə əsas yol üzərində hərəkət etmişdir. Yenicə Binəqədi rayonu ərazisinə keçərkən arxadan sayrışan işıqlı polis avtomobili yolu boşaltmağına dair göstəriş vermişdir. O dərhal əsas yoldan çəkilmək üçün dönmə işığını yandırmış, lakin həmin vaxt sağında avtomobil olduğundan zolağı dəyişmə hərəkətini edə bilməmişdir. Sağında hərəkətdə olan avtomobilə yol vermiş və iki-üç saniyə fərq ilə zolağı dəyişmişdir. Buna baxmayaraq polis əməkdaşları tərəfindən ona cərimə yazılmışdır. Həmin ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, Motodrom, Döngə 1/28) yol boyunca TŞ kameraları qurraşdırılıb. Kamera görüntüləri vətəndaşlara verilmədiyi üçün görüntüləri sübut olaraq məhkəməyə təqdim edə bilməmişdir. Kamera görüntülərinin sübut olaraq əldə edilməsi yalnız məhkəmə tərəfindən işin araşdırılması zamanı inzibati orqandan tələb edilməsi ilə mümkün ola bilər. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim olunmuş video-görüntüdən görünür ki, “Mercedes Benz C200” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xüsusi səs, qırmızı və ya göy sayrışan işıqlı avtomobilinin onun hərəkət etdiyi zolaqda olduğunu görmüş, lakin yenə də hərəkətinə davam etmiş, ardınca avtomobilin əyləcini basmış və daha sonra yol verərək sonuncunun hərəkətini gecikdirmişdir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X3 üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin hərəkət etdiyi zolaqla olmasını görməsinə baxmayaraq yol verilməyərək hərəkətini davam etdirmiş və bununla da İXM-in 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ bəndinin 7-ci hissəsinə əsasən üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin İİİ bəndinə əsasən üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. İXM-in 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy işıqlı işıq işarəsi yaradır, keçidin üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə verilmə və ya belə enerjiyə görə ayrı-ayrılıqda müəyyən edilmiş təhlükəsizlik tədbirləri yüz manatdan istifadə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2945/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2945/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver