Məhkəmə qərarları › İş №3(001)-2946/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2946/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2946/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X2 AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə DSK yolunda ona məxsus Opel Vectra markalı, 25- BG-346 dövlət qeydiyyat nişanlı avtomobili ilə düz xəttin qırıq-qırıq hissəsindən sola dönüb dalana daxil olmaq üçün xəttin yanında dayanıb qarşıdan gələn avtomobili keçməsini gözləyib, qarşıdan gələn avtomobil keçdikdən sonra yoluna davam etdirmiş, lakin arxadan gələn Mersedes C- klas **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düz xəttin tələbini pozaraq qarşı yola çıxaraq onun avtomobilini arxadan vuraraq qəza törətmişdir.Qəzadan sonra o, 102 qaynar xidmətinə zəng edərək qəzayla bağlı məlumat vermiş, daha sonra Bakı şəhəri Binəqədi rayonun DYPŞ əməkdaşı olan bir polis nəfəri gəlmiş, onlardan sürücülük vəsiqəsiqələrini və avtomobillərin texniki pasportunu alaraq sabah Binəqədi rayonun DYPŞ yaxınlaşmaqlarını bildirmişdir. Növbəti gün gedib hadisəni danışmış və daha sonra onun haqqında bu qərəzli protokolun verilməsini təsadüfü şəkildə öyrənmişdir.Binəqədi rayon DYPŞ YHN inspektoru polis leytenantı X5 tərəfindən barəsində İPX ******* saylı protokol tərtib olunmuşdur.Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində çıxarılan qərarın hüquqi əsasları yoxdur.Qəza harada olmağı ilə bağlı video görüntü vardır, həmin görüntülərdən də aydın olur ki, o, düx xəttin qırıq-qırıq hissəsindən dönüb dalana daxil olmuşdur. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 məhkəmə iclas zalında verdiyi izahatında şikayət ərizəsində qeyd etdiklərini təkrar edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon X13 Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon X13 Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş AR DİN-nin Binəqədi rayon X13 Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə, saat 19.30-da DSK yolunda Opel Vectra markalı, 25- BG-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarına əsasən məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə, saat 19.30-da DSK yolunda Opel Vectra markalı, 25- BG-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətçi düz xəttin qırıq-qırıq hissəsindən dönüb dalana daxil olduğunu bildirsə də, şikayətçi tərəfindən iş materiallarına əlavə edilmiş diskə baxış keçirən zaman aydın olmuşdur ki, həmin xətt qırır-qırıq xətt deyil, düz xətdir və şikayətçi düz xəttin tələblərini pozmuşdur.Belə olan halda, məhkəmə hesab edir ki, X1 AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN-nin Bakı şəhəri Binəqədi rayon X13 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar