Məhkəmə qərarları › İş №3(001)-2946/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2946/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2946/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol ondan ötrü tərtib edilmişdir ki, Şəxs əvvəllər barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 13179306 nömrəli protokola əsasən İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, həmin inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən və düzgün olmayaraq tərtib edilmiş, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin deyil, 529.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi xəta kimi müəyyən edilmişdir. Həmin məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəməyə daxil olmuş İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar İXM-nin 469.3-cü maddəsinə əsasən qəbul edilmişdir. Halbuki, İXM-nin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil, İXM-nin 36-cı fəsilində nəzərdə tutulmuş sığorta qaydaları əleyhinə olan inzibati xətalara aiddir. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" isə İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən İXM-nin 528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla), 528.2, 528.3, 529.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları tərəfindən tərtib edilməsi müəyyən edilmişdir. Həmin Fərmana əsasən İXM-nin 327.8, 332.4 – 332.7, 333.2 – 333.5, 334.2 – 334.5, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 342.8, 342.9, 343.2, 343.3, 343.5 – 343.7, 349, 351, 353.5, 511 və 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Baş X3 İdarəsinin rəisi, onun müavinləri, Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisi, ərazi polis orqanlarının X3 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X3 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X3 qruplarının rəhbərləri, X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları tərəfindən tərtib edilməsi göstərilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, hazırkı halda məhkəməyə göndərilmiş İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Çünki həmin protokolun tərtib edilməsinə səbəb şəxs tərəfindən İXM-nin 469.3-cü maddəsi ilə tənbeh edildiyi inzibati cəriməni 3 ay müddətinə ödəməməsi əsas olmuşdur. Səlahiyyətli orqan tərəfindən İXM-nin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməsi İXM-nin 529.3-cü maddəsinin deyil, həmin məcəllənin 529.1-ci maddəsinin tərkibini yaradır və şəxs barəsində də həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilər bilər. İXM-nin 529.1-ci maddəsi ilə protokol tərttib etmək səalhiyyəti isə fərmana əsasən Daxili İşlər Nazirliyi və onun müvafiq strukturlarının əməkdaşları tərəfindən deyil, Ədliyyə Nazirliyi adından- ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları tərəfindən tərtib edilə bilər. Hazırkı halda isə şəxs barəsində protokol düzgün olmayaraq və səlahiyyəti olmayan şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmişdir. İXM-nin 469.3-cü maddəsi ilə qanuni qüvvəyə minmiş səlahiyyətli orqanın qərarını icra etməyən şəxs barəsində protokol İXM-nin 529.1-ci maddəsinə əsasən Fərmanın 58-ci bəndində göstərilən şəxslər tərəfindən tərtib edilməlidir. Beləliklə, protokol yuxarıda sadalanan nöqsanlara yol verilməklə səlahiyyəti olmayan şəxs tərəfindən və düzgün olmayaraq tərtib edilmişdir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür və buna görə də onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə barədə Füzuli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar