Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2946/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMCin qanuni təmsilçisi (direktoru) X11 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində qəbul edilmiş 06 may 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərara əsasən, hüquqi şəxs Şəxs MMC tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi olmayan həkim mama-ginekoloq X7 ilə xx.xx.2024-cü ildə, plastik cərrah X8 ilə xx.xx.2023-cü ildə və həkim-kosmetoloq X20 ilə xx.xx.2023-cü ildə əmək müqaviləsi bağlayaraq onları praktik tibb fəaliyyətinə buraxmışdır. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokuroru (və ya nümayəndəsi) iştirak etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMC-in qanuni təmsilçisi (direktoru) X15 izahatında bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənlərlə razı deyil. Belə ki,həkim X9 rezidenturanı xx.xx.2019-cu ildə bitirmişdir və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan beş il sonra, yəni 2024-cü ilin dekabr ayında keçməlidir. X20 həkim deyil, kosmetoloqdur və tibbi fəaliyyətlə məşğul olmadığından onun sertifikasiyadan keçməsinə ehtiyac yoxdur. Mama-ginekoloq X7 ilə xx.xx.2024-cü ildə qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmışdır. O, Şəxs MMC-də praktik tibb fəaliyyəti ilə məşğul olmağa başlayarkən onun sertifikasiyası olmuşdur. G.Gülməmədovanın sertifikasiya şəhadətnaməsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin gündən etibarən o, Şəxs MMC-də praktik tibb fəaliyyətini dayandırmış, müvafiq komissiyaya müraciət etmiş, 01 iyun 2024-cü il tarixə imtahan təyin edilmişdir. Həmin imtahandan uğurla keçib sertifikasiya alarsa Şəxs MMC-də praktik tibb fəaliyyəti ilə məşğul olmağa davam edəcəkdir. Əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Qeyd olunanlara əsasən hesab edir ki, cəmiyyət heç bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 may 2024-cü il tarixli məktubundan görünür ki, X1 şəhadətnaməsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. X2 keçməmişdir. X20 barədə reyestrdə məlumat müəyyən edilməmişdir. Şəxs MMC-də fəaliyyət göstərən işçilər barədə məlumat cədvəlindən görünür ki, plastik cərrah X8 ilə xx.xx.2023-cü ildə, mama-ginekoloq X10 ilə xx.xx.2024-cü ildə, kosmetoloq X20 ilə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmışdır. X12 görünür ki, X20 Şəxs MMC-də kosmetoloq vəzifəsinə təyin edilmiş, onunla xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Rezidentura Təhsili Diplomundan görünür ki, X8 2012-ci ildən 2019-cu ilədək Mərkəzi Klinikada “Plastik cərrahiyyə” ixtisası üzrə rezidenturada təhsil almışdır. Yekun Attestasiya Komissiyasının qərarı ilə ona plastik cərrahiyyə ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilmişdir. Qeydiyyat nömrəsi 1527, xx.xx.2019-cu il. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasının 1.4-cü bəndinə görə ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Belə olan halda aydın olur ki, Şəxs MMC-də plastik cərrah işləyən X5 rezidenturada təhsilini bitirməsini təsdiq edən sənəd xx.xx.2019-cu il verildiyindən onun beş il müddətində sertifikasiyadan keçməsi tələb olunmurdu və buna görə də inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərarın onunla bağlı hissəsi əsassızdır. Bundan başqa, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicəprofilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. Həmin qanunun 5-ci maddəsinə görə qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Göründüyü kimi dövlət və qeyri-dövlət səhiyyə sisteminə daxil olan tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin və görülən işlərin sırasında kosmetoloji xidmətlər tibbi xidmət növü kimi nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair xx.xx.2024-cü il tarixli qərarda X13 vəzifəsi həkim-kosmetoloq kimi göstərilsə də, iş materiallarına əlavə edilmiş Əmək müqaviləsi bildirişinə əsasən X13 Şəxs MMC-də vəzifəsi kosmetoloqdur. Belə olan halda X13 Şəxs MMC-də göstərdiyi xidmətlərin məhz tibbi xidmətlər olmasını, onun həkim olduğunu sübut etmək yükü inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərarı qəbul etmiş orqanın üzərinə düşür. Həmin orqan isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMC-in qanuni təmsilçisi (direktoru) X15 isə bunu təsdiq etməmişdir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərarın digər hissəsi həkim mama-ginekoloq X7 ilə bağlı olsa da, məhkəmə onu da əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, Şəxs MMC ilə həkim mama-ginekoloq X10 arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 may 2024-cü il tarixli məktubuna əsasən X1 şəhadətnaməsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Belə olan halda aydın olur ki, X7 Şəxs MMC-də həkim mama-ginekoloq kimi praktik tibb fəaliyyətinə buraxılan zaman onun sertifikasıyası olmuşdur. Qanunda sertifikasiya şəhadətnaməsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsası kimi nəzərdə tutulmadığından xx.xx.2024-cü il tarixdən sonra X4 Şəxs MMC-də həkim mama-ginekoloq kimi praktik tibb fəaliyyətilə məşğul olması sübut edilməli olan hallardandır. Başqa sözlə X4 Şəxs MMC ilə bağladığı əmək müqaviləsinin sorğu verilərkən qüvvədə olması onun həmin cəmiyyətdə praktik tibb fəaliyyətilə məşğul olmasını təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Qanunda inzibati məsuliyyət sertifikasiyadan keçməməyə görə deyil, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmasına görə nəzərdə tutulmuşdur. Bununla bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMC-in qanuni təmsilçisi (direktoru) X15 məhkəmədə bildirmişdir ki, həkim G.Gülməmədovanın sertifikasiya şəhadətnaməsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin gündən etibarən o, Şəxs MMC-də praktik tibb fəaliyyətini dayandırmış, müvafiq komissiyaya müraciət etmiş, 01 iyun 2024-cü il tarixə imtahan təyin edilmişdir. Həmin imtahandan uğurla keçib sertifikasiya alarsa Şəxs MMC-də praktik tibb fəaliyyəti ilə məşğul olmağa davam edəcəkdir. Əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Beləliklə, təsvir olunanlardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, hüquqi şəxs Şəxs MMC-in X6 əmək müqaviləsi bağlayaraq sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxmasını təsdiq edən sübutlar yoxdur. X3 ilə əmək müqaviləsi bağlanan zaman onun müvafiq sertifikasiyası olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində 06 may 2024cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2946/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2946/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver