Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2950/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X2 Abşeron DYP Yol Patrul Xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 Abşeron DYP Yol Patrul Xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, X4 ünvanlandığı şikayətdə Abşeron DYP Yol Patrul Xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir. Sadəcə olaraq qeyd edilən qərarın surətində öz əlyazması ilə “Qəbul etdim: xx.xx.2023” qeydi apararaq imza etmişdir. Həmin qeyd şikayət edən şəxs tərəfindən öz imzası ilə təsdiq edildiyindən qərarın hansı tarixdən alınmasını, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsini müəyyən etmək mümkün deyildir. Əgər həqiqətən də qərar şəxsə təqdim edilməmişdirsə, bu zaman rəsmi müraciət edərək qərarı da rəsmi formada əldə etmək mümkün idi. Hazırkı halda isə qeyd edilən qərar xx.xx.2023cü ildə tərtib edilmiş, şəxsin həmin inzibati xəta hadisəsindən həmin tarixdə məlumatı olmuşdur. Bunu barəsində inzibati xəta haqqında qərar qəbul edən şəxs də şikayət ərizəsində qeyd etmiş, qərarı barədə məlumatın “asanpay.az” portalındakı şəxsi kabinetinə də xx.xx.2023-cü il tarixdə daxil edildiyini qeyd edərək həmin portaldan çıxarışı şikayətinə əlavə etmişdir. Lakin qeyd edilən şikayət ərizəsi xx.xx.2023-cü il tarixdə imzalansa da, həmin ərizə məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Buna görə də, həmin qeyd qərarın xx.xx.2023-cü il tarixdə alınmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 Abşeron DYP Yol Patrul Xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Abşeron DYP Yol Patrul Xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2950/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2950/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver