Məhkəmə qərarları › İş №3(001)-2952/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2952/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2952/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndələri X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* nömrəli, 24 iyul 2023-cü il tarixli protokola əsasən İD********** saylı müraciət əsasında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında idxal edilmiş mallara dair təhlükəsizliyini təsdiq edən sənədi təqdim etməmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndələri X2 bildirmişdirlər ki, İD********** saylı müraciət əsasında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair təhlükəsizliyini təsdiq edən sənədi təqdim edilməmişdir.Lakin hal-hazırda MMC tərəfindən təhlükəsizliyini təsdiq edən sənədlər təqdim edilmişdir. Məhkəmə protokol tərtib edən orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə İD********** saylı müraciət əsasında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında idxal edilmiş mallara dair təhlükəsizliyini təsdiq edən sənədi təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən Şəxs MMCyə müraciət olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə saat 11:30-a Agentliyin Bakı regional bölməsinə dəvət olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Cəmiyyət barəsində tərtib edilmiş MN ******* nömrəli, 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə İD********** saylı müraciət əsasında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında idxal edilmiş mallara dair təhlükəsizliyini təsdiq edən sənədi təqdim etməmişdir.Lakin məhkəmə baxış iclasında protokol tərtib edən orqanın nümayəndəsi Şəxs MMC tərəfindən mallara dair təhlükəsizliyi təsdiq edən sənədlərin artıq Agentliyə təqdim edildiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar