Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2952/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Pərviz İbrahimov tərəfindən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə MN seriyalı ******* saylı, 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılanadək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Rafael Şükürov vəsatətlə məhkəməyə müraciət edərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* saylı, 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Rafael Şükürov vəsatəti onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokolda natamamlıqlar var, həmin natamamlıqları işə məhkəmədə baxılarkən aradan qaldırmaq mümkün olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;... Eyni Məcəllənin 109.1-ci və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... Məhkəmə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Rafael Şükürovun vəsatətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* saylı, 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* saylı, 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə geri qaytarılsın. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2952/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2952/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver