Məhkəmə qərarları › İş №3(001)-2954/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2954/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2954/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonu, Bağman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X11 izahatında bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-105/2021 saylı icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat alimentin tutularaq X14 (icra sənədində soyadı Cahangirova qeyd edilmişdir) qızına ödənilməlidir. Şəxs hal-hazırda icra sənədi üzrə 3120 (üç min yüz iyirmi) manat məbləğində yığılmış borcu mövcuddur. Şəxs son dəfə icra sənədi üzrə 2021-ci ildə ümumilikdə 960 manat aliment ödəmişdir. Tərtib edilmiş protokolda ödənilməli borc texniki səhv olaraq 3180 (üç min yüz səksən) manat göstərilmişdir. Dəfələrlə Şəxs alimentin ödənilməsi tələb edilsə də, Şəxs keçmiş həyat yoldaşının tüfeyli həyat tərzi sürdüyündən uşağın onun himayəsinə verilməsi üçün məhkəməyə müraciətinin olduğunu, bu səbəbdən də alimet ödənişini edə bilmədiyini bildirmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, sadəcə X10 tüfeyli həyat tərzi yaşadığından, narkotik vasitə aludəçisi olduğundan aliment ödənişi övladının mənafeyi naminə etmir. Belə ki, X10 uşağın saxlanması üçün ayrılmış aliment ödənişini öz tüfeyli həyat tərzini keçirmək üçün istifadə edir. Bununla yanaşı Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşağın ataya yəni mənə verilməs qət edilmişdir. Buna baxmayaraq məhkəmə qətnaməsi hələ də icra edilməmişdir. Hazırda tək istəyi övladını himayəsində böyüməsini təmin edərək, övladının layiqli həyat səviyyəsində böyüdülməsini təmin etməkdir. Çünki, X10 uşağa hər hansı bir şəkildə qayğı göstərməməkdir. Afaq Abdullayeva qızım Aylanı Kürdəmir rayonunda anasının öhdəçiliyinə tərki etmiş, ümumiyyətlə uşaqla maraqlanmır. Bu fakt Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində də öz təsdiqini tapır. Bundan başqa o övladı ilə görüşmək istəyən zaman X10 ona mane olmuş, uşaqla görüşməsinə şərait yaratmamış, hətta ona xəsarət yetirmiş, sağlamlığına yüngül zərər vurmuş, bu səbəbdən məhkəmə tərəfindən X10 barəsində ittihamedici hökm çıxarılmışdır. Məhkəmə qərarı ilə yığılmış aliment borcunun ödənilməməsinin səbəbi kimi isə bir daha keçmiş həyat yoldaşının tüfeyli həyat sürməsi səbəbindən uşağı ondan alaraq öz himayəsinə götüməyə çalışması, bütün vaxtını buna sərf etməsi, daimi işi olmadığından və fərdi əməklə məşğul olduğu üçün qazancının az olduğunu, əldə etdiyi pulu uşağının manafeyi üçün ona hüquqi xidmət göstərən vəkilə və bu işlərlə bağlı yol məsrəflərinə xərclədiyini, artıq məhkəmə qərar ilə qızının onun himayəsinə verilməsi ilə bağlı qərar qəbul edildiyini, keçmiş həyat yoldaşının uşağın tərbiyəsi ilə məşğul olmadığını, onunla maraqlanmadığını, onun saxlanılmasında iştirak etmədiyini, buna baxmyaraq lazım olarsa həmin pulun bundan sonra ən qısa zamanda ona ödəyəcəyini, tək istəyinin övladının onun himayəsində və normal mühitdə böyüməsinin olduğunu bildirərək məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-105/2021 saylı icra sənədindən görünür ki, Şəxs hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat aliment tutularaq X6 ödənilməlidir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-105/2021 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-600/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X10 AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-363/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X10 AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 Afaq İqrar qızından məcburi qaydada alınaraq atası X3 himayəsinə verilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız olaraq inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-105/2021 saylı icra üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında icra sənədi üzrə borcunu ödəməməsinə səbəb kimi keçmiş həyat yoldaşı X5 tüfeyli həyat tərzi sürməsi, ödənilən aliment ödənişini X5 öz şəxsi ehtiyaclarına xərcləməsi, uşağın saxlanması üçün hər hansı bir xərc çəkməməsi ilə əlaqələndirmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-600/2021 saylı, xx.xx.2021-ci il tarixli və 1(006)-363/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmləri ilə X5 Şəxs xəsarət yetirməsi öz təsdiqini tapır. Həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 atası X3 himayəsinə verilmişdir. Həmin qətnamədə X5 anası Mahirə Abdullayeva da nəvəsi Ayla Cahangirzadənin anadan olandan onun yanında qaldığını təsdiq etmişdir. Odur ki, X3 X5 yüngül həyat tərzi keçirməsinə və qızı Ayla Cahangirzadə ilə maraqlanmadığı, aliment ödənişini öz şəxsi ehtiyaclarına xərcləməsi barədə dedikləri həqiqətəuyğun hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-105/2021 saylı icra sənədi üzrə X3 borcunu icra etməməsi üzrlü hesab edilməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar