Məhkəmə qərarları › İş №3(001)-2957/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2957/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2957/2023 28.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-ali təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 2 azyaşlı olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi şossesi istiqamətində idarə etdiyi «Mercedes» markalı, **-LY-*** dövlət nömrəli nişanlı yük avtomobili ilə Bakı şəhərinin mərkəzinə daxil olmaq üçün hərəkətdə olarkən DYP-nin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, ona Nazirlər Kabinetinin qərarına əsasən səhər saatlarında yüksək tonnajlı yük avtomobillərinin şəhərə daxil olmasının qadağan olunması izah olunmuş, lakin o, əlində icazə sənədi (məhkəmə qərarı) olmasını bəhanə gətirərək DYP əməkdaşının tələbinə tabe olmamış, polis əməkdaşı həmin məhkəmə qərarının başqa mübahisə ilə bağlı olduğunu onun nəzərinə çatdırmış, lakin o, israrla polis əməkdaşları ilə mübahisə etmiş, bundan sonra əraziyə post patrul xidmətinin əməkdaşları çağrılmış, o, yenə də polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq şəhərə daxil olmaqda israr etmiş, nəticədə onunla polis əməkdaşları arasında sözlü mübahisə yaranmış, daha sonra həmin sözlü mübahisə daha da kəskinləşmiş, həmçinin o, yük avtomobilinin DYP-nin cərimə duracağına qoyulmasına israrla mane olmuş, həmin duracaqda tərəflər arasında mübahisə və münaqişə davam etmiş, bununla da o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək özünü təqsirli hesab etmədiyini və onun şəhərə daxil olması barədə icazə sənədinin (məhkəmə qərarı) olmasını nəzərə alaraq DYP əməkdaşlarının onu qanunsuz olaraq saxladığını, buna görə də, polis əməkdaşları ilə mübahisə etdiyni, əksinə polis əməkdaşlarının onun avtomobilini cərimə meydançasına apararkən onu zorla itələyərək ona xəsarət yetirdiklərini, onun heç bir təqsirinin olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirli olmadığını və onun şəhərə daxil olması barədə icazə sənədinin (məhkəmə qərarı) olmasını nəzərə alaraq DYP əməkdaşlarının onu qanunsuz olaraq saxladığını, onun heç bir təqsirinin olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi şossesi istiqamətində idarə etdiyi «Mercedes» markalı, **-LY-*** dövlət nömrəli nişanlı yük avtomobili ilə Bakı şəhərinin mərkəzinə daxil olmaq üçün hərəkətdə olarkən DYP-nin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, ona Nazirlər Kabinetinin qərarına əsasən səhər saatlarında yüksək tonnajlı yük avtomobillərinin şəhərə daxil olmasının qadağan olunması izah olunmuş, lakin o, əlində icazə sənədi (məhkəmə qərarı) olmasını bəhanə gətirərək DYP əməkdaşının tələbinə tabe olmamış, polis əməkdaşı həmin məhkəmə qərarının başqa mübahisə ilə bağlı olduğunu onun nəzərinə çatdırmış, lakin o, israrla polis əməkdaşları ilə mübahisə etmiş, bundan sonra əraziyə post patrul əməkdaşları çağrılmış, o, yenə də polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq şəhərə daxil olmaqda israr etmiş, nəticədə onunla polis əməkdaşları arasında sözlü mübahisə yaranmış, daha sonra həmin sözlü mübahisə daha da kəskinləşmiş, həmçinin o, yük avtomobilinin DYP-nin cərimə duracağına qoyulmasına israrla mane olmuş, həmin duracaqda tərəflər arasında mübahisə və münaqişə davam etmiş, bununla da o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Buna görə də, məhkəmədən həmin şəxsə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X7 ifadə verərək verərək bildirdi ki, o, DYP əməkdaşıdır, Şəxs onun tərəfindən saxlanılmışdır.Ona Nazirlər Kabinetinin qərarına əsasən səhər saatlarında yüksək tonnajlı yük avtomobillərinin şəhərə daxil olmasının qadağan olunması izah olunmuş, lakin o, əlində icazə sənədi (məhkəmə qərarı) olmasını bəhanə gətirərək DYP əməkdaşının tələbinə tabe olmamış, o, həmin məhkəmə qərarının başqa mübahisə ilə bağlı olduğunu onun nəzərinə çatdırmış, lakin o, israrla polis əməkdaşları ilə mübahisə etmiş, bundan sonra onun tərəfindən əraziyə post patrul əməkdaşları çağrılmış, o, yenə də polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq şəhərə daxil olmaqda israr etmiş və polis əməkdaşları ilə mübahisə etmişdir.Onun tərəfindən Şəxs hər hansı xəsarət yetirilməmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli hesab olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati qaydada tutmaq haqqında 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 iyul 2023-cü il, saat 12:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli aktdan görünür ki, Şəxs 27 iyul 2023-cü il tarixdə Polis şöbəsinə gətirilmiş və sol gözün altı nahiyyəsində cızılmış xəsarət aşkar olunmuşdur.Vətəndaş Şəxs müvəqqəti dayancaqda xəsarət aldığını bildirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o həmin gün polis əməkdaşları tərəfindən saxlanılmış, ona idarə etdiyi avtomobilin 7:00-dan 22:00-dək avtomobilin hərəkətinin qadağan olduğunu bildirilmişdir.Oda öz növbəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarlarını təqdim edərək, həmin Nazirlər Kabinetinin qərarının onun avtomobilinə şamil olmadığını bildirmişdir.Lakin polis əməkdaşları qeyri-qanuni olaraq onun avtomobilinin duracağa aparılmasını tələb etmişlər.O da razı olmamış və işə məhkəmədə qanuni şəkildə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, inzibati xəta haqqında protokola, iş materiallarına və tərəflərin izahatlarına və şahid ifadəsinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi şossesi istiqamətində idarə etdiyi «Mercedes» markalı, **-LY-*** dövlət nömrəli nişanlı yük avtomobili ilə Bakı şəhərinin mərkəzinə daxil olmaq üçün hərəkətdə olarkən DYP-nin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, ona Nazirlər Kabinetinin qərarına əsasən səhər saatlarında yüksək tonnajlı yük avtomobillərinin şəhərə daxil olmasının qadağan olunması izah olunmuş, lakin o, əlində icazə sənədi (məhkəmə qərarı) olmasını bəhanə gətirərək DYP əməkdaşının tələbinə tabe olmamış, polis əməkdaşı həmin məhkəmə qərarının başqa mübahisə ilə bağlı olduğunu onun nəzərinə çatdırmış, lakin o, israrla polis əməkdaşları ilə mübahisə etmiş, bundan sonra əraziyə post patrul əməkdaşları çağrılmış, o, yenə də polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq şəhərə daxil olmaqda israr etmiş, nəticədə onunla polis əməkdaşları arasında sözlü mübahisə yaranmış, daha sonra həmin sözlü mübahisə daha da kəskinləşmiş, həmçinin o, yük avtomobilinin DYP-nin cərimə duracağına qoyulmasına israrla mane olmuş, həmin duracaqda tərəflər arasında mübahisə və münaqişə davam etmiş, bununla da o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08(səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni 27 iyul 2023-cü il, saat 12:40-dan hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X1 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2 X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar