Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2958/2023 28.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Naxcıvan MR, Şərur rayonu, Dəmirçi ərazi dairəsi, Dəmirçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs – onunla qeyri-rəsmi nikah münasibətlərində olan Zülfiyyə Hüseynovanın polisə şikayəti ilə əlaqədar polis bölməsinə dəvət edilmiş, 27 iyul 2023-cü il tarixdə saat 18.00 radələrində polis şöbəsinin inzibati binasında əsəbi formada Z.Hüseynovanın ondan şikayət etməsinə əsəbləşərək onunla mübahisə etmiş və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin polis sahə inspektoru, polis mayoru X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin polis sahə inspektoru, polis mayoru X5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs – onunla qeyri-rəsmi nikah münasibətlərində olan Zülfiyyə Hüseynovanın polisə şikayəti ilə əlaqədar polis bölməsinə dəvət edilmiş, 27 iyul 2023-cü il tarixdə saat 18.00 radələrində polis şöbəsinin inzibati binasında əsəbi formada Z.Hüseynovanın ondan şikayət etməsinə əsəbləşərək onunla mübahisə etmiş və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır.Buna görə də o, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli hesab etməyək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki,o Şəxs yanında işləmişdir.Şəxs ona dini nikaha daxil olmağı təklif etmiş, o, isə bu təkliflə razılaşmışdır.Sonradan Sərxan onu rəsmi nikaha salmamış və onu incitməyə başlamışdır.Buna görə də, o, məcbur qalaraq polis şikayət etmişdir.Polis bölməsində Sərxan ona hücum çəkərək nə üçün ondan polisə şikayət etdiyinə bildirmiş, polis əməkdaşları güclə onu sakitləşdirmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X8, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 iyul 2023-cü il, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X2 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs ilə uzun müddət ailə kimi yaşamış, lakin hazırda ayrılmaq istədiyi üçün onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin müraciət ilə əlaqədar Şəxs izahatı alınmasından ötrü OŞ-nə dəvət olunmuş, PŞ-nin inzibati binasında olan zaman Şəxs sahə rəisi Əliyar Həziyevin iş otağına daxil olaraq xidməti fəaliyyətinə mane olmuş, PŞ-nin iş fəaliyyətini 1 saata yaxın müddətdə pozmuş, ünvansız nəlayiq söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs – onunla qeyri-rəsmi nikah münasibətlərində olan Zülfiyyə Hüseynovanın polisə şikayəti ilə əlaqədar polis bölməsinə dəvət edilmiş, 27 iyul 2023-cü il tarixdə saat 18.00 radələrində polis şöbəsinin inzibati binasında əsəbi formada Z.Hüseynovanın ondan şikayət etməsinə əsəbləşərək onunla mübahisə etmiş və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, müdafiəçi X8 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. 3(001)-2958/2023 saylı inzibati işi üzrə müdafiəçi X8 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-9900 003611,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2958/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2958/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver