Məhkəmə qərarları › İş №3(001)-2959/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2959/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2959/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 23 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində idarə etdiyi nəqliyyat vasitəsi saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin polis sahə rəisi, polis baş leytenantı X10 tərəfindən 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X10 izahat verərək bildirmişdir ki, Bakı şəhər DYPİ YPX əməkdaşları Binəqədi rayonu, S.S.Axundov küçəsində xidmətdə olan zaman qayda pozuntusu törətmiş sürücünü saxlamış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonradan polis əməkdaşı ilə sürücü arasında mübahisə yaranmış, sürücü Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq onun vəzifə səlahiyyətlərini icra etməsinə mane olmuşdur. Bu səbəbdən, həmin şəxsin Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilməsi təmin edilmiş və bölmədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, fikirli olduğu üçün yol hərəkəti qayda pozuntusu törətmiş, lakin maddi durumu ağır olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilməməsini xahiş etmişdir. O yol patrul xidməti inspektoruna tabesizlik göstərməmiş, oğlunu məktəbdən götürün oğlu ilə birlikdə polis bölməsinə yaxınlaşmışdır. Yol patrul xidmətinin əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etdikdən sonra hirslənmiş, bu səbəbdən polis əməkdaşı ilə sərt rəftar etmişdir. Törətdiyi əməlin yanlış olduğunu anlayır, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-ə bilavasitə tabe olan YPX Alayı YPX xidməti inspektoru, polis baş serjantı X2 ifadə verərək bildirmişdir ki, 23 aprel 2025-ci il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsində xidmətdə olan zaman “HYUNDAİ VERNA” minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qayda pozuntusu törətdiyi üçün tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra sürücü polis əməkdaşına hədə-qorxu gələrək onun vəzifə səlahiyyətlərini icra etməsinə mane olmuş, qanunsuz çəkiliş aparmış və onunla mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səndələr: xx.xx.2025-ci tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün saat 15:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, AZA 009512 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş DVD diskdə olan video-görüntülərdən görünür ki, Şəxs polis əməkdaşına hədə-qorxu gələrək onun vəzifə səlahiyyətlərini icra etməsinə mane olmuşdur. Video-görüntüdən görünür ki, hadisə insanların yaşadığı ərazidə baş vermişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 24 aprel 2025-ci il tarixdə Şəxs əhalinin sıx toplaşdığı ərazidə Bakı şəhər DYPİ YPX-nin polis əməkdaşına xidmət aparmağa mane olmaqla xırda xuliqanlıq törətmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1.-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 Elçin Hikmət oğlunun övladlarıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılığını və himayəsində 2 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati qaydada tutulmasını və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin və o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aynurə Sadıqovayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar