Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2963/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin sahə inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Simferopol şəhərindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru polis mayoru X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, MN №0698594 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu ərazində xüsusi icazə vərəqəsi olmadan komendant saatı zamanı küçədə olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu ərazində xüsusi icazə vərəqəsi olmadan komendant saatı zamanı küçədə olmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 21:17 radələrində komendant saatı vaxtında küçədə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, bu kimi hallara bir daha yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi polis mayoru Cavid İsmayılzadəyə ƏÇPA-nın İİ PB-nin əməkdaşları S.Qəhrəmanov və H.Həmidov tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonunun inzibati ərazisində xidmətdə olan zaman saat təxminən 21:00 radələrində hərbi rejim qaydasını pozan üç nəfər vətəndaşı saxlamışlar, dərhal həmin şəxsləri komendant saatını pozduqları üçün 5-ci PB-nə aparmışlar. PB-də həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN №0698594 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Hesab edirəm ki, Şəxs hərbi vəziyyət rejiminin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2963/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2963/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver