Məhkəmə qərarları › İş №3(001)-2965/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2965/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2965/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəhbəri Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri 135 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına hüquqi şəxsin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədinə əsasən Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işəburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədi üzrə Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəfa Məmmədova Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin icra edilməsi üçün büdcədən mərkəzləşmiş qaydada maliyyələşən müəssisə kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat yazıldığı, borcun ödənilməsi üçün smeta açıldığı, müraciətin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinə göndərildiyi bildirilmişdir. Həmçinin büdcədə maliyyə olmadığına görə tezliklə ödənişin köçürüləcəyi qeyd edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra xx.xx.2024-cü il tarixdə X1 bank hesabına Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2181.71 manat pul köçürülmüş, qalan məbləğ köçürülməmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəhbəri Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədinə əsasən Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işəburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq X2 ödənilməsi qət edilmişdir. Şükufə Sayılovaya ödənilməli olan əmək haqqının ödənilməsi üçün məktəbin büdcəsi mövcud deyil. Məktəbdə işləyən bütün şəxslərin əmək haqları Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ödənilir. Qeyd edilən icra sənədinin icrası ilə bağlı onun tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat verilmişdir. Şükufə Sayılovaya ödənilməli olan əmək haqqının ödənilməsi üçün smeta açılmasından ötrü Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. xx.xx.2024cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən X1 bank hesabına xx.xx.2024-cü il tarixdə 2181.71 manat pul köçürülmüşdür. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədinə əsasən Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işəburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi qət edilmişdir. Halhazıradək ona ödənilməli olan əmək haqqı ödənilməmişdir. Odur ki, məhkəmədən X1 inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5852/2023 nömrəli icra sənədindən görünür ki, Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işəburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq X2 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri 135 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən Şəxs tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimatla müraciət edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədi üzrə X2 ödənilməli olan əmək haqqının ödənilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu hüquqi şəxsin Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədi üzrə tələbi icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə borclu hüquqi şəxsin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 339 nömrəli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5852/2023 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən X1 bank hesabına 2181.71 manat pul köçürülmüşdür. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5852/2023 nömrəli icra sənədi üzrə Bakı şəhəri 135 saylı tam orta məktəb tərəfindən məcburi işəburaxma müddəti üzrə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq X2 ödənilməsi qət edilmişdir. Lakin məktəbdə işləyən şəxslərin əmək haqlarının Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ödənilməsi nəzərə alınmadan icra məmuru tərəfindən Bakı şəhəri 135 saylı tam orta məktəbin direktoru Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5852/2023 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən X1 bank hesabına 2181.71 manat pul köçürülmüşdür. Qeyd edilənlər isə Şəxs əməllərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını sübut edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar