Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2966/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə Şikayət vermiş şəxs X2 Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, EXP 1044092, xx.xx.2021-ci tarixli, EXP ******* və xx.xx.2021-ci tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi ərizəyə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X2 Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, EXP 1044092, xx.xx.2021-ci tarixli, EXP ******* və xx.xx.2021-ci tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi ərizəsi daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayətin verilməsi müəyyən edilmişdir. X1 məhkəməyə inzibati xəta haqqında qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət əvəzinə ərizə vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə X2 Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, EXP 1044092, xx.xx.2021-ci tarixli, EXP ******* və xx.xx.2021-ci tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, EXP 1044092, xx.xx.2021-ci tarixli, EXP ******* və xx.xx.2021-ci tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2966/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2966/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver