Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2967/2023 14.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Şikayətçi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi və vəkili X1, Qərarından şikayət verilən inzibati orqanın nümayəndəsi - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şikayətçi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin rəisi X12 tərəfindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi X13 vəzifəli şəxs olaraq tullantıların qalaqlanması əsası ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli tərtib olunmuş protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı qərarı əsasında barəsində 2 000 ( i k i min) manat cərimə tətbiq edilmişdir.Həmin protokola əsasən verilmiş qərar xx.xx.2023-cü il tarixdə Binəqədi rayon MKTB-nə daxil olmuş, qərarda qeyd olunanların əsassız olması və prosessual pozuntularla tərtib olunması vəzifəli şəxsin diqqətinə çatdırılmışdır.Belə ki, protokol tərtib olunaraq qərar qəbul edilməsinə əsas olmuş məişət tullantılarının qalaqlanması müəssisənin daxilində qapalı yerdə yerləşir və Binəqədi rayon MKTB-nə hər hansı aidiyyəti yoxdur. Belə ki, ‘‘Azərtransservis” ASC ilə Binəqədi rayon MKTB arasında bağlanmış 01 mart 2023-cü il tarixli aylıq 80 (səksən) manat məbləğində olan müqavilə sifarişçi "xxxx"ASC-yə məxsus qapalı ərazidə yaranan tullantıların daşınması üçün nəzərdə tutulmamış, hasardan bayırda yol kənarında yerləşən bir ədəd konteynerə onlar tərəfindən atılan bərk məişət tullantılarının daşınması məqsədilə bağlanmış və müntəzəm olaraq daşınma təmin edilmişdir. Lakin, sifarişçi "xxxx"ASC müqavilə üzrə müəyyən olunmuş məbləği ödəmədiyindən 26 may 2023-cü il tarixdə müqavilə öhdəliklərinin icra edilməməsi səbəbilə müqaviləyə xitam verilməsi barədə 521 nömrəli məktub təqdim edilmişdir.Bundan sonra sifarişçi "Azərtransservis”ASC ilə MKTB arasında aylıq 600 (altı yüz) manat məbləğində 01 iyun 2023-cü il tarixli, 32 nömrəli müqavilə bağlanmışdır.Bu səbəbdən də, onlar hesab edirlər ki, hazırki halda vəzifəli şəxsinin əməlində inzibati xəta tərkibinin olması təsdiq olunmur.Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371.3-cü maddəsinə əsasən isə inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir.Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Odur ki, tərtib olunmuş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 20 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi və vəkili X1 izahatında bildirmişdir ki, şikayət ərizəsində göstərilənləri müdafiə edir. Belə ki, həmin ərazidə "xxxx" ASC yerləşir. Onlar özləri zibilləri qalaqlayıb yandırırdılar.Daha sonra, "xxxx" ASC-yə 800 manata müqavilə bağlamaq təklif edilsə də, şirkət onlarla razılaşmamışdır. Daha sonra isə, Binəqədi rayon MKTB-nin əməkdaşı cərimə edildikdən sonra 600 manata müqavilə bağlamışdırlar. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, həmin əraziyə konteyneri MKTB qoymalı idi. Həmin əraziyə baxış keçirilən zaman məişət tullantılarının qalaqlanması aşkarlanmışdır. Odur ki, qeyd olunanlara əsasən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə vəkilini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Binəqədi MKTB-nin mühəndisi X16 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X3 30 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokola əsasən məlum olur ki, Binəqədi MKTB-nin baş mühəndisi X2 rayonu, Ə.Rəcəbli küçəsi ərazisində yerləşən "xxxx" ASC-nin məişət tullantılarının daşınmasını təmin etmədiyi üçün onun barəsində AR İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən məlum olur ki, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" ASC-nin ərazisində məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına görə X16 AR İXM-nin 271-ci maddəsi ilə 2000 manat məbləğində cərimələnmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.11-ci maddəsinə əsasən İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 yanvar 2019-cu il tarixli 74/Ü nömrəli əmri ilə təsdiq edilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnamənin 1.2-1.3 və 4.1.15 bəndlərindən müəyyən edilir ki, idarənin xidməti ərazisi Bakı şəhərinin inzibati rayonlarını əhatə edir və idarə öz xidməti ərazisində X10 sahəsində sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. İdarənin X10, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqlnda işlər üzrə icraata başlamaq və müvafiq protokol tərtib etmək, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları toplamaq və bu istiqamətdə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək səlahiyyəti vardır. Əsasnamənin 5.4.5-ci bəndinə əsasən İdarənin rəisi X10, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat başlayır, inzibati araşdırma aparır və yaxud sərəncamlar verir, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikası İXM-nə uyğun olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi haqqında materialları müvafiq olaraq məcburi icra və ya hüquq-mühafizə orqanlarına göndərir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 aprel 2018-ci il tarixli 181/Ü nömrəli Əmri ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin siyahısı”nın 1.9cu bəndinə əsasən Ərazi ekologiya və X5 məsləhətçi-müfəttiş vəzifəsində işləyən şəxslərinin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 iyun 2017-ci il tarixli 491/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından inzibati xətalar haqqında işlərə öz səlahiyyətləri daxilində baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 22-ci bəndinə əsasən Ərazi Ekologiya və X5 müdirlərinin öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlərə baxmaq hüququ vardır. Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X10 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bundan başqa Azərbaycan Respublikası “X10 haqqında” Qanununun 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 21 aprel 2005ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Qaydaların 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndinə əsasən tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X10 tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. HəminMəcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Binəqədi MKTB əməkdaşı tərəfindən Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "xxxx" ASC-nin ərazisində məişət tullantıları qalaqlandığından Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilən pozuntu ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Binəqədi MKTB-nin baş mühəndisi Vəli Əliyev barəsində 20 iyun 2023cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X16 barəsində qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Binəqədi MTKB-nin baş mühəndisi X16 barəsində qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2967/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2967/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver