Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2968/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Peugeot Boxer» mikroavtobus markalı, ** UP *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə müəyyən edilmiş cəriməni 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta onun tərəfindən törədilməmişdir. Həmin nəqliyyat vasitəsi etibarnamə əsasında 2021-ci ilin dekabrından 2022-ci ilin may ayına kimi X3 verilmiş və inzibati xəta törədilən zaman onun istifadəsində olmuşdur. Bu məsələ ilə əlaqədar DİN-in Baş X6 İdarəsinə müraciət etmişdir. Müraciətinə gələn cavab məktubunda göstərilmişdir ki, sözügedən avtomobilin saxlanılması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları təlimatlandırılmış, lakin həmin avtomobili müəyyən etmək mümkün olmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X6 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X6 Şöbəsinin nümayəndəsinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə «Peugeot Boxer» mikroavtobus markalı, ** UP *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 06 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs 07 iyul 2022-ci il tarixdə DİN BDYP-yə müraciət edərək mülkiyyətində olan “Peugeot” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş etibarnamənin müddətinin bitməsi və cərimələrin sonuncuya gəlməsi barədə məlumat vermiş və qanunsuz idarə olunan həmin avtomobolin saxlanılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən avtomobilin saxlanılması ilə bağlı şəxsi heyət təlimatlandırılmış və Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları təlimatlandırılmış, həmin avtomobili müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş portal çıxarışından görünür ki, “Peugeot” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayına kimi X1 və X2 istifadəsində olmuşdur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529.3-cü maddəsinin Qeydinə əsasən bu məcəllənin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-in 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas onun tərəfindən 09 may 2022-ci il tarixdə “Peugeot Boxer” mikroavtobus markalı, ** UP *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və 50 manat məbləğində cərimə edilməsi, müəyyən edilmiş həmin cəriməni isə 3 ay müddətində ödəməməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş məktubdan görünür ki, Şəxs tərəfindən “Peugeot Boxer” mikroavtobus markalı, ** UP *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı verilmiş etibarnamənin müddəti bitdiyindən avtomobili idarə edərkən törədilən yol hərəkəti qaydaları əleyhinə inzibati xətalarla bağlı tərtib edilmiş protokollar Şəxs adına tərtib edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş portal çıxarışından da görünür ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman “Peugeot Boxer” mikroavtobus markalı, ** UP *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Şəxs deyil, etibarnamə əsasında X1 və X2 istifadəsində olmuşdur. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2968/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2968/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver