Məhkəmə qərarları › İş №3(001)-2971/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2971/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2971/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Xanlar rayonu balçılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində iki uşağı olan, orta təhsilli, fərdi qaydada işlə məşğul olan, Abşeron rayonu Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7-ci km., ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, 08 may 2024-cü ildə gecə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadovun və Elməddin Məmmədlinin qanuni tələblərində qəsdən tabe olmamış, 6-cı PB-yə gətirilib daha sonra həkim müayinəsində keçirildikdə sidik nümunəsində THC (+), MET (+) kimi narkotik vasitə və psixotrop maddə əlamətləri aşkar edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 09 may 2024-cü il tarixli protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfova X3 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə özünü təqsirli bilərək, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə isə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə gecə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində özünə məxsus “Nissan Tiiada”markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən zaman DYPŞ-in əməkdaşı ona yaxınlaşaraq nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda avtomobili idarə etdiyini bildirib, avtomobildən düşməsini tələb etmişdir. İnspektora avtomobil idarə etmədiyini, avtomobildə əyləşdiyini bildirsə də, inspektor avtomobilin duracağa aparılacağını bildirmişdir. Heç bir etiraz bildirmədən avtomobil açarlarını inspektora vermiş, özünü isə 6-cı PB-yə aparmışlar. PB-də narkotik vasitə qəbul etdiyi şübhə doğurduğundan onu tibbi müayinə aparmışlar. Yoxlama zamanı ondan götürülmüş nümunədə narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitə marixuananı bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində istehlak etmişdir. Ona görə də özünü narkotik vasitənin qanunsuz istehlakında təqsirli bilir. Polis əməkdaşlarına isə heç bir tabesizlik göstərməmişdir. Bildirdiyi kimi polisləri görüb qaçmamış, avtomobildən düşüb onlara yaxınlaşmış, özü ilə bağlı məlumatları təqdim etmiş, polis bölməsinə getmək lazım olduqda isə etiraz etmədən könüllü şəkildə getmişdir. Qeyd olunanlara əsasən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona yüngül növdə tənbeh təyin edilməsini, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. C.H.Xəlilzadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, himayəsində iki qız övladı var. Ailəsinə qazanc gətirən yeganə şəxsdir. Əvvəllər İXM-in 206-cı maddəsilə məsuliyyətə cəlb olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 08 may 2024-cü ildə gecə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadovun və Elməddin Məmmədlinin qanuni tələblərində qəsdən tabe olmamış, 6-cı PB-yə gətirilib daha sonra həkim müayinəsində keçirildikdə sidik nümunəsində THC (+), MET (+) kimi narkotik vasitə və psixotrop maddə əlamətləri aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib etmiş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 08 may 2024-cü ildə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində xidmət aparan polis əməkdaşlarının arasında olmamış, protokolu Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadovun və Elməddin Məmmədlinin raportu əsasında tərtib etmişdir. Məhkəmə iclasında Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadov və Elməddin Məmmədli iştirak etməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 3091 saylı rəydən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+), MET (+) aşkar edilmişdir. Şəxs Binəqədi RPİ-in 6-cı PB-yə yazdığı izahatından görünür ki, o, özünü narkotik vasitənin qanunsuz istehlakında təqsirli bilsədə, xx.xx.2024-cü ildə 6-cı PB-in polis əməkdaşlarına isə heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadov və Elməddin Məmmədli tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs 08 may 2024-cü ildə gecə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində onların qanuni tələblərində qəsdən tabe olmamışdır. MN seriyalı № ******* nömrəli 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələr ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, MN seriyalı № ******* nömrəli 09 may 2024-cü il tarixli protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə bağlı: 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”sına əsasən THC (+) (qurudulmuş marixuana) və MET (+) (metamfetamin) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün həmin hissədə etirafı ilə yanaşı Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 3091 saylı rəy ilə təsdiq olunur. Belə ki, həmin rəyə əsasən ekspress-test üsulu ilə müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində THC (+) (qurudulmuş marixuana) və MET (+) (metamfetamin) aşkar edilmişdir. Onun həmin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə bağlı: Nəcəfova X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlində özünü təqsirli bilmir, polis əməkdaşlarına tabesizlik göstərmədiyini bildirir. Onun bu barədə bildirdiklərinin təkzib edilməsi üçün məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Sahə inspektoru polis kapitanı Alqayıt Həsənov verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 08 may 2024-cü ildə gecə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində xidmət aparmış polis əməkdaşlarının arasında olmamış, protokolu Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadovun və Elməddin Məmmədlinin raportu əsasında tərtib etmişdir. Belə olan halda aydın olur ki, sahə inspektoru A.Həsənovun hadisə ilə bağlı bildirdikləri özünün gördükləri deyil, raport əsasında dedikləridir. Raport tərtib etmiş Binəqədi RPİ DYPŞ-in əməkdaşları Vüqar İbadov və Elməddin Məmmədli isə dəvət edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi kifayətedici aydınlıqla sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı onun tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə başlanılmış icraata xitam verilməli, o, İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməklə tənbeh edilməlidir. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, səmimi etirafını, öz əməlinə mənfi münasibətini, himayəsində iki uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə qeyd edilən məsuliyyəti yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 ( on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar