Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2973/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2973/2025 saylı qərarına əsasən, Şəxs MMC baarəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və iş materialları yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1663/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2973/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1663/2025 saylı qərarında göstərilmişdir ki, "Grand trade” şirkəti xx.xx.2024-cü il tarixdə və xx.xx.2024cü il tarixdə pretenziyalar göndərərək ona göndərilən məhsulların keyfiyyətinin və çəkisinin yoxlanması prosessində müqavilə şərtlərində nəzərdə tutulmuş keyfiyyətə cavab verməyən məhsulların aşkar edildiyi və bu səbəblə ümumilikdə 3511,61 ABŞ dolları (milli valyuta ilə 5969,73 manat) dəyərində zərərin "Ri Farm” MMC tərəfindən qarşılanması və hesabdan silinməsi barədə kredit-nota verilməsi tələb olunmuş, həmin nota "Ri Farm” MMCnin möhürü ilə təsdiq edilərək qarşı tərəfə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, pretenziya və nota qarşılıqlı fəaliyyət göstərən şirkətlər tərəfindən tərtib edilməklə birbirilərinə təqdim olunduğundan, bu sənədlərin mötəbər sübut kimi qiymətləndirilə bilməsi üçün pretenziyada göstərilən hallar digər sübutlarla da təsdiq olunmalıdır. Əks halda, bu kimi hallarda istənilən rezident hüquqi şəxs sui-istifadəyə yol verməklə xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi gəlirin ölkəyə gətirilməsindən yayınmaq üçün bu cür üsullardan istifadə edə bilər. Odur ki, ixrac edilmiş malların bir hissəsi həqiqətən yararsız olmuşdursa, həmin mallar xarici dövlətin gömrük orqanında rəsmiləşdirmə aparılarkən gömrük rüsumlarının ödənilməsində yararsız məhsulların dəyərinin nəzərə alınıbalınmaması, yararsız məhsulların gömrük orqanında məhv edilib- edilməməsi və ya sonradan malları idxal etmiş hüquqi şəxs tərəfindən müəyyən rəsmiləşdirmə aparılmaqla məhv edilib-edilməməsi xüsusatları araşdırılmalı, bu barədə müvafiq sübutlar tələb edilib tədqiq edilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, törədilmiş inzibati xətada Şəxs MMC-nin təqsirinin olub-olmaması dəqiqləşdirilmədən MMC barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokol və digər iş materiallarının tərtib edilməsi qaydasını müəyyən etməklə hakim və ya səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və ya işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi və həmin sənədlərin natamamlığı məsələsinin araşdırılmasını həvalə etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun tərtibi və toplanmış iş materiallarının natamamlığı ilə bağlı yuxarıda göstərilən pozuntuların olması aşkar edilmişdir ki, bu da sadalanan qanunvericiliyin tələblərinə ziddir, habelə inzibati xəta haqqında protokol və digər iş materialların qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2973/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2973/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver