Məhkəmə qərarları › İş №3(001)-2975/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2975/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2975/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X1, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 54 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN №0715338 saylı, MN №0715337 saylı, MN №0715339 saylı, MN №0715340 saylı, MN №0715341 saylı, MN №0715342 saylı, MN №0715336 saylı, MN №0715334 saylı, MN №0715335 saylı protokollar tərtib olunmuşdur. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715341 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Binəqədi rayonu, Zeynalov küçəsi, döngə 2, ev 24 ünvanında yaşayan X6 məxsus velosiped oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715342 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi, İ mədən, korpus 30, ev 19-da X8 məxsus evdən elektrik naqilləri oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715340 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi, İ mədən, korpus 17-də X5 məxsus Mercedes markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobildən “pioneer” maqnitafon oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715337 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Novxanı bağlardan X3 evindən məişət əşyaları oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715336 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi, İ mədəndə VAZ 2106 markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildən “pioneer” markalı maqnitafon oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715335 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi rayonu X4 Allahverdiyev Əlövsət Vilayət oğluna məxsus həyətdən bir ədəd laqonda və direl aparatı oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715339 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi, İ mədən, korpus 10-da yaşayan X9 məxsus Çanqan markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobildən bank kartları, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715338 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi, İ mədən, korpus 4, ev 15 ünvanında X10 məxsus su qızdırıcını oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0715334 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsində narkotik vasitə qəbul etmiş, xx xxxxxxxx 2020-ci il tarixdə Novxanı bağlarından Sultanov Fikrətə məxsus evdən 2 ədəd samovar və kondisioner kompressorunu oğurlamışdır. Barəsində təyin edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.20200-ci il tarixində 43-cü PB-nin 3-cü patrul maşrutunda xidmət aparan zaman Binəqədi rayonu Mehdiabad yolunun sol tərəfində Röyal yanacaq doldurma məntəqəsinin içərisindən iki nəfər şəxsin əlində torba ilə çıxdığını görmüşlər, onlara yaxınlaşmışlar bir nəfər şəxs qaçmış, digər şəxsi saxlamışlar. Röyal yanacaq doldurma məntəqəsinin mühafizəsini çağırmışlar, mühafizəçi torbanın məntəqəyə aid olduğunu bildirmişdir. Həmin şəxsi 43-cü PB-nə aparmışlar. PB-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs narkoloji testdən keçirərkən narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Daha sonra onunla aparılan söhbət nəticəsində o, narkotiklərdən asıllığını təmin etmək məqsədi ilə bir neçə yerdən oğurluq etdiyini etiraf etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən də Şəxs etiraf etdiyi ünvanlardan oğurluqlar olmuşdur. Oğurluq edən şəxsin şəxsiyyətini müəyyən edib barəsində İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün müxtəlif vaxtlarda Binəqədi rayon Pİ-nin 43-cü PB-nin təhqiqatçıları tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. O, Şəxs narkotik vasitələrdən asılı şəxs olduğunu, narkotiklərdən istifadə etmək üçün istənilən vasitələrə əl ataraq oğurluqlar törətdiyini nəzərə alaraq barəsində ciddi intizam tədbiri tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlini etiraf edərək bildirmişdir ki, o, narkotik vasitə qəbul edir, narkotik vasitə qəbul etməsinə görə bir dəfə məhkum olunmuşdur. Özü heç yerdə işləmir. xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Mehdiabad yolunun sol tərəfində Röyal yanacaq doldurma məntəqəsinin içərisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün şəxsiyyətini müəyyən etmək üçün onu 43cü PB-nə dəvət etmişlər. Polis Bölməsində o, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini etiraf etsə də onu tibbi müayinədən keçirmişlər. Alınmış nəticə narkotiklərdən istifadə etdiyini təsdiq etmişdir. Polis bölməsində onun harada işləməsi və narkotik vasitə almaq üçün haradan pul əldə etdiyini soruşduqda o, oğurluq edərək narkotik tələbatını təmin etdiyini bildirmişdir. Məhkəmə prosesində hakimin sualına cavab olaraq bildirmişdir ki, ona qarşı oğurluq törətməsinə dair tərtib olunmuş protokollar düzgündür, o, həqiqətən törətdiyi oğurluqları özü etiraf etmişdir. Ona heç bir təyziq və təsir edilməmişdir. Oğurluqları o, narkotiklərdən olan asıllığının təmin edilməsi məqsədi ilə törətmişdir. Belə ki, törətdiyi oğurluqlarla əlaqədar bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Zeynalov küçəsində tanımadığı şəxsə məxsus velosipedi oğurlamış, onu tanımadığı şəxsə 45 manata satmışdır. xx.xx.2020-ci il tarixdə Binəqədi qəsəbəsindən elektrik naqilləri oğurlamış, həmin naqilləri 12 manata satmışdır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 17-dən Mercedes markalı avtomobildən maqnitafon oğurlamış, tanımadığı şəxsə 38 manata satmışdır. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Binəqədi rayonu Novxanı bağlarından samovar və məişət qab-qacaqları oğurlamışdır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən ərazisində Vaz 2106 markalı avtomobildən “pioneer” markalı maqnitafonun üzərində iki ədəd yaddaş kartı ilə birlikdə oğurlamış, tanımadığı şəxsə 30 manata satmışdır. xx.xx.2020-ci il tarixində Binəqədi rayonu, Novxanı qəsəbəsindən gecə saatlarında bir ədəd laqonda və dizel oğurlamış, tanımadığı şəxsə 35 manata satmışdır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Binəqədi qəsəbəsi, 1-ci mədəndə yolun üstündə saxlanılmış avtomobildən pul kisəsini oğurlamış, pul kisəsində 35 manat var idi. Pulu çıxarıb pul kisəsini tullamışdır. xx.xx.2020-ci il tarixdə Binəqədi qəsəbəsi 1-ci mədəndən səhər saatlarında su qızdırıcı oğurlamış, həmin su qızdırıcını yolda metal satanlara 30 manata satmışdır. Oğurladığı bütün pulları narkotik vasitə almaq üçün xərcləmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Mehdiabad yolunda iki nəfər şəxs özünlərini şüphəli aparmış, həmin şəxslərdən birini saxlaya bilmişlər və həmin şəxsin üzərində səxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından o, 43-cü PB-nə dəvət edilmiş və onun xx.xx.1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 526 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0715338 saylı, MN №0715337 saylı, MN №0715339 saylı, MN №0715340 saylı, MN №0715341 saylı, MN №0715342 saylı, MN №0715336 saylı, MN №0715334 saylı, MN №0715335 saylı inzibati xəta haqqında protokollardan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZA №007448 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əməli törətmiş şəxsi müəyyən edərək İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti 43-cü PB-nin adiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətalarıın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 227-ci maddəsi ilə 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar