Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2983/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, müəyyən etdim: X6 şikayətlə məhkəmə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən onun barəsində qəbul edilmiş 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-nin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinmiş və barəsində 1700 (min yeddi yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi halda əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, son haqq hesabı düzgün hesablanıb ödənilməmişdir. X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləndə son haqq-hesabı xx.xx.2024-cü il tarixində düzgün hesablanıb ödənilməmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmiş (VÖEN) "xxxx" MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Ağdam şəhəridir, həmin cəmiyyətin direktoru isə X5r. Bundan başqa şikayət ərizəsinə əlavə edilmiş "xxxx" MMC (əvvəlki adı-“Qarabağ Bərpa Tikinti və İdarəetmə “MMC) ilə X3 və X8 arasında bağlanmış əmək müqavilələrindən, “Əmək müqavilələsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən”, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən” müəyyən edilir ki, "xxxx" MMC-nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvan Ağdam rayonu, Ağdam şəhəridir və eyni zamanda X1 əmək müqaviləsinə xitam verilməsinə haqqında cəmiyyətin xx.xx.2024-cü il tarixli 17-2-1/3-1-450/2024 saylı əmri Ağdam şəhərində qəbu edilmişdir. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, "xxxx" MMC-nin direktoru X6 tərəfindən törədilməsi ehtimal olunan inzibati xətalar onun vəzifəli şəxs kimi səlahiyyətlərindən irəli gəlir. Belə ki, İXM-nin 192.4 və 192.6-cı maddələri ilə məsuliyyətin yaranması üçün qanunverici tərəfindən konkret hallar müəyyən edilmişdir. Belə ki, bu hallar işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsindən (192.4) və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsindən (192.6) ibarətdir. Odur ki,X6 törədilməsi ehtimal olunan inzibati xətanı iş yeri üzrə törədə bilərdi. Göstərilənlərə əsasən hazırki iş üzrə törədilməsi ehtimal olunan inzibati xəta X2 vəzifəli şəxs olaraq öz vəzifələrini yerinə yetirdiyi, direktoru olduğu müəssisədə, yəni "xxxx" MMC-nin hüquqi ünvan olan Ağdam rayonu, Ağdam şəhərində törədilmişdir və hazırkı şikayətə onun yaşayış yeri üzrə baxılması haqqında vəsatət əlavə edilməmişdir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki,X2 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X2 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2983/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2983/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver