Məhkəmə qərarları › İş №3(001)-2988/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2988/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2988/2021 01.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün AQROMARKET SERVİS MMC-nin İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-1449/21 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan AQROMARKET SERVİS MMC-nin ünvanına Almaniyadan 33DMV34/33DMV35 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş “kimyəvi gübrələr” yükü **********6373 sorğu nömrəli, 05.07.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsiin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir.Araşdırma zamanı AQROMARKET SERVİS MMC-nin adına Almaniyadan idxal edilən “kimyəvi gübrələr” yükünün daşındığı 33DMV34/33DMV35 nömrəli yük nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə 29.06.2021-ci il tarixdə, saat 14:53-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********6539 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin isə malların daşındığı nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra, yəni 30.06.2021-ci il tarixdə, saat 17:04-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuş və Azərbaycan Respublikası Gömrük Məcəlləsiin 113.1-ci maddəsinin 1-ci bəndinin şərtlərinin pozulduğu məlum olmuşdur.Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, 02.08.2021-cu il tarixdə Şəxs MMC barəsində 00100-1449/21 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş 02.08.2021-cu il tarixli 00100-1449/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC -nin ünvanına 33DMV34/33DMV35 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursundan avtomobil ilə daşınan mallara dair çıxarışdan görünür ki, 33DMV34/33DMV35 nömrəli nəqliyyat vasitəsilə AQROMARKET SERVİS MMC -nin ünvanına göndərilən mallar 30.06.2021-cu il tarixdə saat 17:04 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, AQROMARKET SERVİS MMC-nin ünvanına 33DMV34/33DMV35 nömrəli nəqliyyat vasitəsilə göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan AQROMARKET SERVİS MMC -nin ünvanına 33DMV34/33DMV35 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir.Bununla da AQROMARKET SERVİS MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs AQROMARKET SERVİS MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar