Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2988/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis leytenantı X2 tərəfindən TB № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis leytenantı, X2 tərəfindən qəbul TB № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayət ərizəsi ilə 31 iyul 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin şikayətini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin və şikayətə əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, X9 şikayətin forma və məzmununa əməl etməmişdir.Belə ki, şikayətçi şikayət edilən inzibati orqanın dəqiq adı və ünvanı və tələbini dəqiq göstərməmişdir.Belə olan halda tərəflərin məhkəmə iclasına çağrılması və şikayətə baxılması mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.Lakin şikayətçi həmin şikayətə yaşadığı yer üzrə baxılmasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından — apelyasiya instansiyası məhkəməsi; kollegial orqanın qərarından — kollegial orqanın olduğu yerin məhkəməsinə;səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından — yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Hesab edirəm ki, X5 şikayət ərizəsinin forma və məzmununa düzgün əməl etmədiyindən X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis leytenantı, X2 tərəfindən qəbul edilmiş TB ******* saylı, 27 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 128-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis leytenantı, X1 TB № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X4 qüsurları aradan qaldırdıqdan sonra İnzibati Xətəlar Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan müvafiq ərazi aidiyyatı üzrə səlahiyyətli məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2988/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2988/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver