Məhkəmə qərarları › İş №3(001)-2990/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2990/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2990/2021 01.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən "xxxx" ASC barəsində İXM-nin 389-cu maddəsi ilə tərtib edilmiş 13.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən, "xxxx" ASC tərəfindən 2021-ci ilin (rüblük) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı İİ rüb üzrə iyul ayının 30-da gecikmə ilə təqdim edilmişdir. Nəticədə, "xxxx" ASC tərəfindən İXM-in 389cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin 02.08.2021-ci il tarixli bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 25 fevral tarixli 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış, 2021-ci ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) İİ rüb üzrə hesabatı iyul ayının 30-da gecikmə ilə təqdim edilmişdir. "xxxx" ASC tərəfindən hesabat məlumatları təqdim edilmədiyindən cəmiyyətin səlahiyyətli nümayəndəsi 13.08.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhər Statistika İdarəsinə dəvət olunmuşdur. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına dair çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu,ŞTQ, mədən 4-cü ünvanında yerləşir. "xxxx" ASC 2021-ci il üzrə X1 görünür ki, "xxxx" ASC tərəfindən 2021-ci ilin (aylıq) 4əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) İİ rüb üzrə hesabatı iyul ayının 30-da gecikmə ilə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 27-ci bəndinə əsasən rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Statistika İdarəsinə 2021-ci ilin (rüblük) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) İİ rüb üzrə hesabatı iyul ayının 30-da gecikmə ilə təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən Statistika İdarəsinə 2021-ci ilin (rüblük) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) İİ rüb üzrə hesabatı iyul ayının 30-da gecikmə ilə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmış və firmanın İXM-in 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, "xxxx" ASC İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, firmanın inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" ASC-nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC İXM-in 389-cu maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Rzayev İş № 3(001)-2990/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 01 sentyabr 2021-ci il Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş 13.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası 16:10-da başlanmışdır. Hakim məhkəmə iclasını açır və hansı işə baxılmasını elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Katib məruzə edərək bildirir ki, proses iştirakçıları məhkəmə iclasında iştirak etmirlər. Hakim məhkəmə bildirişlərinin proses iştirakçılarına çatdırılmasının nəticələrini yoxlayır. Hakim məhkəmə iclasının proses iştirakçılarının iştirakı olmadan keçirilməsi məsələsi ilə bağlı yerində qısa müşavirə edərək məhkəmə iclasının proses iştirakçılarının iştirakı olmadan keçirilməsini qərara alır. İnzibati xəta haqqında protokol və iş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati xəta protokolu üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra inzibati qərarı elan edir, qərardan şikayət vermə qaydasını və müddətini izah edir. Məhkəmə iclası 16.20-də bağlı elan olunur. HAKİM: KATİB: Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan İş № 3(001)-2990/2021 01 sentyabr 2021-ci il Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinə Ünvan: AZ1118, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürəkçaylı küçəsi, 2518-ci məhəllə Surət: "xxxx" ASC-nin rəhbərliyinə Ünvan: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən 4-cü (Binəqədi qəs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 3(001)- 2990/2021 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti mətn üzrə. hörmətlə, Hakim Abbas Rzayev İş № 3(001)-2990/2021 İCRA VƏRƏQƏSİ 01 sentyabr 2021-ci-cu il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən 4-cü (Binəqədi qəs) ünvanında yerləşən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistik daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 31, 40, 43, 48-51, 112, 114- 117, 128-130, 389-cu maddələrinə əsasən məhkəmə qərar verdi: "xxxx" ASC -nin Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərar 12 sentyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icraçı öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcraçı öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısı qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən 4-cü (Binəqədi qəs) Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Azərbaycan Respublikası Dövlət Büdcəsi. İcra vərəqəsi 12.09.2021-ci ildə verilmişdir. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin Poçt indeksi AZ1116 Bakı şəhəri, rəisi, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E cənab İlham Həsənova Tel.: 525-11-55 _______ 2021-ci il 3(001)-2990/2021 Hörmətli İlham müəllim, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 3(001)- 2990/2021 saylı qərarı 12.09.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.Həmin iş üzrə icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qərarın icrası barədə Binəqədi Rayon Məhkəməsinə məlumat verməyiniz xahiş olunur. Qoşma: Qərarın surəti, və İcra vərəqəsi 03 (üç) vərəqədə Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar