Məhkəmə qərarları › İş №3(001)-2990/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2990/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2990/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞnin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 mart 2025-ci il tarixdə DİN-in elektron saytına yazaraq, polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələr işlətmiş, eyni zamanda 26 aprel 2025-ci il tarixdə Binəqədi RPİ DYPŞ-yə gəlib orada əsassız səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞnin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən 28 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 11 mart 2025-ci il tarixdə DİN-in elektron saytına yazaraq, polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələr işlətmişdir. 26 aprel 2025-ci il tarixdə isə Kazımov X3 RPİ DYPŞ-yə gəlib orada əsassız səs-küy salaraq polisin şərəf və ləyaqətini alçaltmış və iş rejimini pozmuş, eyni zamanda polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs dəfələrlə qanunsuz hərəkətlərinin dayandırılması bildirilsə də, o, buna məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğundan idarə etdiyi avtomobilin üzərində taksi plafonu quraşdırmışdır. Yol polisi əməkdaşı onu saxlayaraq bildirmişdir ki, taksi fəaliyyəti ilə bağlı onun icazəsi olmadığından inzibati qaydada cərimələnəcəkdir. O da bildirmişdir ki, 2 övladı var, biri onkoloji xəstəlikdən əziyyət çəkir. Həqiqətən maddi imkanı çox pis vəziyyətdədir, bunları nəzərə alıb ona cərimə yazmasın. Polis əməkdaşı onun vəziyyətini nəzərə almadığından hirslənmiş, polisin ünvanına xoşagəlməz sözlər demiş və polis şöbəsində də səs-küy salaraq polislərin tələblərinə məhəl qoymamışdır. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 mart 2025-ci il tarixdə Şəxs DİN-ə elektron qaydada şikayətlə müraciət edərək, polis əməkdaşlarının ünvanına ağır ifadələr işlətmişdir. Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri H.Məmmədov və E.Məmmədxanov tərəfindən Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin rəisinə yazılmış Raportdan görünür ki, 26 aprel 2025-ci il tarixdə 2-ci patrul sahəsində xidmətdə olarkən təxminən saat 14:00 radələrində Bəyliradio rabitə vasitəsilə bildirilmişdir ki, Binəqədi RPİnin DYPŞ-nin inzibati binasına yaxınlaşsınlar. İnzibati binaya yaxınlaşdıqda görmüşlər ki, bir nəfər vətəndaş polisin şərəf və ləyaqətini alçaltmış, iş rejimini pozmuşdur. Hətta ölkə başçısını da təhqir etmişdir. Onlar da həmin vətəndaşı 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Sonradan məlum olmuşdur ki, vətəndaş Şəxsdur. Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin İ.T üzrə inspektoru, polis leytenantı F.Allahverdiyev tərəfindən Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin rəisinə yazılmış Raportdan görünür ki, 26 aprel 2025-ci il tarixdə Şəxs onun xidməti otağına gələrək polisin şərəf və ləyaqətini alçaltmış, iş rejimini pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında AZA seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 26 aprel 2025-ci il tarixdə saat 12:20-də inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiyinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaratmış, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının sakitləşməyə, onun işinə mane olmamağa dəvət etməkdən ibarət qanuni tələblərinə tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 26 aprel 2025-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar