Məhkəmə qərarları › İş №3(001)-2992/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2992/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2992/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Gələcək Naminə» Humanitar təşkilatı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 462.1-ci maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Gələcək Naminə» Humanitar təşkilatının İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “Gələcək Naminə” Humanitar təşkilatının hüquqi ünvanı ünvan 1 İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına göra inzibati xəta tərkibi müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Gələcək Naminə” Humanitar təşkilatı tərəfindən 2022-ci il üzrə maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməmiş və mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. Bu isə inzibati xətanın hərəkətsizliklə törədilməsinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədildiyindən inzibati xətanın törədildiyi yer (hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer) hüquqi şəxsin ünvanı olaraq müəyyən edilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «Gələcək Naminə» Humanitar təşkilatının barəsində AR İXM-nin 462.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən «Gələcək Naminə» Humanitar təşkilatı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar