Məhkəmə qərarları › İş №3(001)-2995/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2995/2021

11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2995/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 16.08.2021-ci il tarixdə təsadüfən “Asanpay.az” portalına daxil olarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun barəsində MN ******* protokol əsasında 1400 manat məbləğində cərimə tətbiq edildiyini xəbər tutmuşdur. Protokolun nə ilə bağlı olduğu barədə tərəfinə cavabdeh tərəfindən heç bir formada rəsmi məlumat verilməyərək birbaşa cərimə tətbiq olunmuşdur. X3 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 məhkəmə iclas zalında verdiyi izahatında şikayət ərizəsində qeyd etdiklərini təkrar edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 - "xxxx" MMC-nin baş mühasibi X5 Aydın Hikmət oğlunun işlədiyi müəyyən aylar üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilərkən son haqqhesabı sonuncu iş günü ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir.Buna görə də, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin baş mühasibi X5 Aydın Hikmət oğlunun işlədiyi müəyyən aylar üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı sonuncu iş günü ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin baş mühasibi X5 Aydın Hikmət oğlunun işlədiyi müəyyən aylar üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı sonuncu iş günü ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Müfəttişliyi Xidmətinin 13.08.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərarın surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar