Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2996/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonu, Qovlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, Yeni tikili ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(015)-196/2021 nömrəli icra sənədində borclu Şəxs 06 yanvar 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tələbkar X7 ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Daha sonra icra işi borclu Şəxs faktiki yaşadığı yer üzrə Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədləri üzrə borcunu ödəməsi tələb edilmişdir. Borclu sonuncu dəfə aliment borcundan xx.xx.2022-i il tarixdə bir dəfəyə 1000 manat ödəniş etmişdir. Qalan borc məbləğini isə xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürsə də, bu günədək ödəniş etməmişdir. Hazırda borclunun 990 manat aliment borcu vardır. Borclu Şəxs göstərilən icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Bu səbəbdən, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o zərərçəkmiş şəxslə qeyri-rəsmi nikah münasibətdə olmuş və bu münasibətdən xx.xx.2018-ci il təvəlldlü X10 dünyaya gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(015)-196/2021 nömrəli icra sənədinə əsasən 06 yanvar 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəlldlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin ondan tutularaq tələbkar X7 ödənilməsi qət edilmişdir. O, sonuncu dəfə 1860 manat aliment borcundan xx.xx.2022-ci il tarixdə bir dəfəlik 1000 manat ödəniş etmişdir. Qalan borc məbləğini xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürsə də, maddi vəziyyəti ilə əlaqədar sözügedən məbləği ödəyə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədini icra etməkdən qərəzli şəkildə yayınmır, hazırda heç bir yerdə işləmir. Bu səbəbdən, hazırda borc məbləğindən hər hansı ödənişi edə bilmir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağstafa Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(015)-196/2021 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 06 yanvar 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəlldlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment məbləğinin tutularaq tələbkar X7 ödənilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. X3 Şəmkir rayon icra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, icra işinin borclunun faktiki yaşadığı yer üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli 20 nömrəli cavab məktubundan görünür ki, Şəxs Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda valideynləri ilə birgə Bakı şəhərində yaşayır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Şəmkir rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs Şəmkir rayon Polis şöbəsi tərəfindən tutularaq Binəqədi rayon İcra şöbəsinə təhvil verilmişdir. 12 avqust 2022-ci il tarixli 17594 saylı qəbzin surətindən görünür ki, X1 hesabına 1000 (bir min) manat məbləğində pul ödənilmişdir. 12 avqust 2022-ci il tarixli iltizamdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2022-ci ilin avqust ayının 25-nə kimi icra sənədi üzrə ödənilməmiş qalan 860 manat aliment borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X7 icra sənədi üzrə olan borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Nəsirov X8 Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(015)-196/2021 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini tam icra etməmiş və səbəb kimi isə hazırda işləmədiyini, maddi imkanına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, sonuncu dəfə avqust ayında borc məbləğindən 1000 manat məbləğində birdəfəlik ödəniş etməsini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2996/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2996/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver