Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2999/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26513585 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş EQ/26513585 saylı xx.xx.2025 tarixli İnzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək, iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, EQ 26513585 saylı xx.xx.2025 tarixli elektron qərar əsasında (Azadlıq Pr-də xx.xx.2025, saat 17:07) İXM-nin 346.8-ci maddəsi ilə 400 AZN cərimə olunmuşdur. X7 müraciət etdikdən sonra ona İXMnin 346.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında xx.xx.2025-ci il tarixli EQ/26513585 saylı elektron qərar təqdim etmişlər. Elektron protokol və qərar tərtib edilmiş BA 264827 nömrəli qeydiyyat şəhadətnaməsinə malik olan 10OB300 markalı 2016-cı il buraxılışlı, LEXUS LX 450 markalı minik avtomobili atası X2 məxusdur. Həmin avtomobilə əvvəllər ona etibarnamə verilmişdi, lakin həmin avtomobili uzun müddətdir ki, atası X4 özü idarə edir. Həmçinin, onun sürücülük vəsiqəsi 06 (altı ay) məhdudlaşdırılmışdır. Bu barədə Binəqədi Rayon Məhkəməsinin qərarı var. Onun avtomobilə heç bir aidiyyəti yoxdur və protokolda göstərilən müddətdə və yerdə olmamış və həmin avtomobili də idarə etməmişdir. Elektron sistemdə ona etibarnamə verilməsi haqqında məlumat olmasına görə o, inzibati xəta törətmiş şəxs sayılaraq barəsində avtomatik olaraq cərimə yazılmışdır. Avtomobili idarə etmək hüququ 2 sürücüyə məxsus olduğu halda heç bir araşdırma aparmadan sürücülərdən birini avtomatik olaraq inzibati məsuliyyətə cəlb etmək tam qanunsuzluqdur. Onun təqsirliliyini sübut edən şübhəli hal aradan qaldırılmadan ona protokol tərtib edilmişdir. O, inzibati xəta törədilməsi iddia edilən sahədə ümumiyyətlə olmamışdır. Ona görə də bu şübhəli halları aradan qaldırmadan barəsində tərtib edilmiş elektron protokolun və qərarın ona aidiyyəti olmadığından, o, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ xx.xx.2025-ci il tarixli EQ 26513585 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 26513585 saylı xx.xx.2025-ci il inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 346.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. EQ 26513585 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün kimliyini müəyyən etmək mümkün deyil. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X3 Azərbaycan Respublikası İXM-in 346.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, A.Cəfərzadə bildirir ki, sürücülük hüququ məhdudlaşdırıldığından həmin avtomobili idarə etmir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün məhz A.Cəfərzadə olduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26513585 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26513585 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2999/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2999/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver