Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində X6 icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair X6 protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-168631/2019-14 №-li, 14 aprel 2022-ci il tarixli müşayiətedici məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı № ******* saylı, 14 aprel 2022-ci il tarixli X6 Protokol daxil olmuşdur. Protokola əsasən, Binəqədi rayon məhkəməsinin 2(001)-2809/2018 saylı xx.xx.2018il tarixli icra vərəqəsinə görə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 hər ay sabit pul məbləğində hər uşaq üçün hər ay 154 manat cəmi 308 manat olmaqla aliment alınaraq X4 verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada şəxsən məlumatlandırılmış Şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə öncədən məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən iş üzrə icraat dayandırımış və Şəxs barəsində məcburi gətirilmə barədə qərardad qəbul edilmişdir. Lakin uzun müddət keçəməsinə baxmayaraq onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə inzibati işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-cı maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməsin. Binəqədi rayon İcra və probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 14 aprel 2022-ci il tarixli X6 protokola xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver