Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-300/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X5 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli №01400/04706 nömrəli Qərarı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cti maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 5844,16 (beş min səkkiz yüz qırx dörd manat on altı qəpik) AZN məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda qeyd olunur ki, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarıl maması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X1 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə **********8122 saylı xx.xx.2021-ci il tarixli, **********4798 saylı xx.xx.2021-ci il tarixli, **********3256 saylı xx.xx.2021-ci il tarixli, **********5997 saylı xx.xx.2021-ci il tarixli, **********0351 saylı xx.xx.2021-ci il tarixli, **********2354 saylı xx.xx.2021-ci il tarixli, **********2696 saylı xx.xx.2021-ci il tarixli, **********4481 saylı xx.xx.2021-ci il tarixli, **********6058 saylı xx.xx.2021 -ci il tarixli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 109944,75 ABŞ dolları (186906,08 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Faktla bağlı xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati araşdırma başlanılmışdır. Araşdırma zamanı ixrac olunan yüklərin müqabilində qaytarılmalı olan 109944.75 ABŞ dolları (186906,08 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülübköçürülmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə, Baş İdarənin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə xidməti qeyd ilə sorğu verilmiş və sorğuya cavabda **********4798 saylı xx.xx.2021-ci il tarixli. **********3256 saylı xx.xx.2021-ci il tarixli, **********0351 saylı xx.xx.2021-ci il tarixli, **********2354 saylı xx.xx.2021 -ci il tarixli, **********4481 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Qeyd olunan Qərarı qanunsuz və əsassız hesab edərək ləğv edilməli olduğu qənaətindəyik. Belə ki, yuxarıda qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir. İxrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən X4 Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmişdir. Lakin, göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığım nəzərə alsaq, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Qeyd olunanlar tərtib edilmiş yoxlama aktları və ekspert rəyi ilə təsdiq olunur. “Yeyinti məhsulları haqqında” AR Qanuna görə üzərində aşkar istifadəyə yararsız!ıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur (maddə 16). Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasınm subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir. Göründüyü kimi, ixrac olunan malın müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğində vəsaitin X4 iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. Beləliklə də, vəsaitin bir hissəsinin xaricdən qaytarılmamasında X4 təqsiri istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (maddə 3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3.). Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatım, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, X2q dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olan və idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğə görə inzibati məsuliyyəti istisna edir. Qərara əsasən cərimə 8594,35 ABŞ dolları məbləğində vəsaitin qaytarılmamasına görə tətbiq edilib ki, bu da Mərkəzi Bankın müvafiq Qaydalarında təsbit olunan və inzibati məsuliyyəti yaradan 10 000 (on min) ABŞ dolları məbləğindən azdır. Bu əmələ görə inzibati məsuliyyət müəyyən edən dövlətin məqsədi ölkəyə valyutanın daxil olmasını (geri qaytarılmasını) təmin etmək olduğu halda, inzibati tənbehin bir halda 10 000 (on min) ABŞ dollarından az məbləğə tətbiqi, digər halda isə 10 000 (on min) ABŞ dollarından çox məbləğə görə tətbiqi dövlətin vətəndaşa münasibətdə eyni əmələ görə fərqli yanaşma sərgiləməsi kimi qiymətləndirilə bilər, inzibati tənbehin tətbiqini tənzimləyən inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan ədalətlilik, qanun qarşısında bərabərlik, həmçinin təqsirə görə məsuliyyət prinsipinin tələblərinə cavab verməmiş olar. Məhkəmə iclasında X8 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu qeyd edib məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv, eləcə də qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Qeyd edilməlidir ki, məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir. İxrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən X4 Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmiş, lakin göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığı nəzərə alındıqda, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş və ixrac olunan malın müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğində vəsait X4 iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə görə inzibati məsuliyyət xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yaranır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın ümumi obyektini iqtisadi fəaliyyət, xüsusi obyektini gömrük qaydaları əleyhinə olan münasibətlər, bilavasitə obyektini isə valyuta tənzimi və valyuta nəzarəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Sözügedən inzibati xətanın obyektiv cəhəti isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında ifadə olunur. İnzibati xətanın subyekti kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və ya hüquqi şəxs (təşkilat rəhbərləri) çıxış edir. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X4 təqsiri müəyyən olunmur və səlahiyyətli orqan tərəfindən aparılmış inzibati araşdırma qeyd olunan xüsusatları tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan yekun qərar qəbul edərək şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olan qərar qəbul etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin qeyd olunan inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır və həmin şübhələrin həlli qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bu səbəbdən məhkəmə, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-300/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-300/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver