Məhkəmə qərarları › İş №3(001)-3005/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3005/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3005/2023 03.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili X3, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə xx.xx.1979-cü il tarixdə Culfa rayonununda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 03 avqust 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1362/2018 saylı, 04 iyul 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, X6 61 541.45 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Borcu Şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin tam icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, ipoteka predmeti olan avtomobil satılmış və borcun böyük bir hissəsi ödənilmişdir.Həmçinin, o, bir müddət həbsdə olduğundan, hal-hazırda isə heç bir yerdə işləmədiyindən, həmçinin maddi vəziyyəti borcun qalan hissəsini bir dəfəyə ödəməyə imkan vermir, lakin borcun ödənilməsindən yayınmır və borcunu hissə-hissə ödəyəcəkdir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ipoteka predmeti olan avtomobil satılmış və borcun böyük bir hissəsi ödənilmişdir.Həmçinin, Şəxs bir müddət həbsdə olduğundan, hal-hazırda isə heç bir yerdə işləmədiyindən, həmçinin maddi vəziyyəti borcun qalan hissəsini bir dəfəyə ödəməyə imkan vermir, lakin borcun ödənilməsindən yayınmır və borcunu hissə-hissə ödəyəcəkdir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi - inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 - borclunun icra sənədini qərəzli olaraq tam icra etmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X10 borclunun icra sənədini qərəzli olaraq tam icra etmədiyini və bunun nəticəsində tələbkar Bankın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, tələbkarın nümayəndəsini və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən uzun müddət tam icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1362/2018 saylı, 04 iyul 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, X6 61 541.45 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Borcu Şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin tam icra etməkdən imtina etmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət tam icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Eyni zamanda, məhkəmə borclu Şəxs icra sənədinin bir hissəsini icra etməsini, təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icrrat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar